"Fənərbaxça" futbol klubu Dieqo Karlosla yollarını ayırdığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, İstanbul klubu 33 yaşlı futbolçuya qarşılıqlı razılaşma əsasında tibbi müayinədən keçməsi və transfer danışıqları aparması üçün İtaliyaya getməyə icazə verib.
"Fənərbaxça"nın ötən mövsümün qış transfer dönəmində "Aston Villa"dan heyətinə qatdığı Dieqo Karlos gözləntiləri doğrulda bilməyib. İstanbul klubunda forma şansı tapmaqda çətinlik çəkən braziliyalı müdafiəçi ilə İtaliyanın "Parma" və "Komo" klublarının maraqlandığı bildirilir.
Jurnalist Di Marzionun məlumatına görə, "Komo" müdafiə xəttini gücləndirmək üçün icarə əsasında mərkəz müdafiəçisi axtarır. Bu çərçivədə "Brayton"dan İqor və "Fənərbaxça"dan Dieqo Karlos İtaliya klubunun namizədlər siyahısına daxil edilib.