"Mançester Siti" İliman Ndiayenin tranafri ilə bağlı "Everton"la razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, bonuslar da daxil olmaqla transfer haqqı 75,8 milyon avro təşkil edəcək.
26 yaşlı futbolçunun çərşənbə axşamı səhər tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ndiaye 2024-cü ildə "Marsel"dən "Everton"a keçib. O, İngiltərə klubunda 74 oyunda meydana çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.