top
Cüdo üzrə muxtar respublika birinciliyi keçirilib İdman.biz
20 oktyabr 2024, 11:44
- ↺ +

Cüdo üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.

Yarışın açılış mərasimində Ümumilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin bəhrələrindən bəhs edib, son dövrlər yüksək dinamika ilə inkişaf edən cüdonun muxtar respublikada da populyar idman növləri sırasında olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan cüdoçuların son bir ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər bu sahədə atılan addımların məntiqli nəticəsidir.

ACF-nin baş katibinin müavini Kamran Talıbov sentyabr və oktyabr aylarında regionlar üzrə 15 və 18 yaşadək cüdoçular arasında keçirilən yarışlardan biri kimi muxtar respublika birinciliyinin ümumi məqsəd və hədəflər baxımından uğurlu keçəcəyinə inamını ifadə edib, bir gün öncəki kəmər imtahanı ilə bərabər turniri cüdoçuların inkişafına töhfə kimi dəyərləndirib.

Açılış mərasiminin ardınca yarışa start verilib. Qız və oğlan idmançılar arasında iki yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Nazir müavini Məcid Seyidovun iştirakı ilə keçirilən mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Oxşar xəbərlər