top
Cüdo məşqçilərinə sertifikatlar təqdim olundu: Beynəlxalq Cüdo Federasiyası Akademiyasının mərasimi Idman.biz
15 avqust 2025, 18:17
- +

Cüdo məşqçilərinə sertifikatlar təqdim olundu: Beynəlxalq Cüdo Federasiyası Akademiyasının mərasimi

Avqustun 15-də Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak edib.

Mərasimi giriş sözü ilə açan ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu göstərilən dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-in ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.

BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.

Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər isə imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Azərbaycan klubları avrokuboklarda ilk addımları atdı

Futbol
Bu gün, 12:33

Azərbaycanlı hakim Elçin Məsiyev Çempionlar Liqasında oyunu idarə edəcək

Futbol
Bu gün, 12:18

Sabah - KuPS oyunlarının hakimləri məlum olub

Futbol
Bu gün, 12:00

Mamadu Kane “Araz-Naxçıvan”la müqavilə bağlayacaq

Basketbol
Bu gün, 11:33

Neftçi Gəncədən Ulaş Turqutu transfer edib

Futbol
Bu gün, 11:20

DÇ-2026 Finalı Təxirə Salına Bilər

Basketbol
Bu gün, 11:10

Azərbaycanın gənc basketbolçuları İsveçrə ilə qarşılaşır

Futbol
Bu gün, 10:59

Vinisius Junior sevgilisi ilə yenidən bir araya gəlib

Futbol
Bu gün, 10:40

Arsenal Uilyam Salibaya əvəzedici tapıb

Futbol
Bu gün, 10:13

Lamin Yamalın zədələnməsiylə bağlı məlumatlar

Futbol
Bu gün, 09:49

Futbol üzrə 2026-cı il dünya çempionatının final matçının hakimi məlum olub

Futbol
Bu gün, 09:40

DÇ-2026: Argentina prezidenti finalı harada izləyəcəyini açiqledi

Qarabağ FK
Bu gün, 09:28

Azərbaycan UEFA reytinqində irəli addım atdı

Futbol
Bu gün, 08:58

Atletiko Madrid tarixi rekordla dünya çempionatında

Futbol
Bu gün, 08:40

Lamin Yamalın atası mundiala yollanmamasının səbəbini açığladı

Digər
Bu gün, 08:31

Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb

Futbol
Bu gün, 08:20

DÇ-2026 finalının hakimləri açıqlandı

Futbol
Bu gün, 08:14

Maykl Olise “Bavariya”da qalmaq istəyir

Futbol
Bu gün, 08:00

Dünya Çempionatında Tarixi Hadisə: Qalib Komandaya Çempionluq Üzükləri Veriləcək

Futbol
Bu gün, 07:11

Mançester Yunayted Konenin transferi üçün 60 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 04:13

Mançester Yunayted Sander Berge ilə maraqlanır

Futbol
Bu gün, 03:12

Atletiko Madrid DÇ-2026-nın finalında 9 oyunçu ilə təmsil olunacaq

Futbol
Bu gün, 01:13

Vozinya: „Futbolçu kimi yanaşan klub axtarıram“

Futbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında zəfər qazandı

Oxşar xəbərlər