Azərbaycan triatlonçuları növbəti beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.
İdman.Biz xəbər verir ki, idmançılarımız Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq gənclər arasında Avropa Kubokunda mübarizə aparmaq üçün bu gün səfərə yollanırlar.
Turnir avqustun 15-də Kişinyovdakı "La Izvor" parkında keçiriləcək.
Kişinyov mərhələsi supersprint formatında (400 m üzgüçülük + 10 km velosiped + 2,5 km qaçış) təşkil ediləcək.