top
Cüdo Azərbaycanda təsir dairəsini genişləndirir: Adaptiv cüdo İdman.biz
30 may 2024, 17:49
- ↺ +

Cüdo Azərbaycanda təsir dairəsini genişləndirir: Adaptiv cüdo

Azərbaycan Cüdo Federasiyası (ACF) Adaptiv cüdo layihəsinə start verdiyini elan edib.

İdman.biz xəbər verir ki, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır.

Cüdonun əsas dəyərlərini aşılamaqla, proqram adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.

ACF-in rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə, Hollandiyanın Venray şəhərində keçirilən "EJU Get Together" adaptiv cüdo turnirində iştirak edib. 2024-cü ildən ACF adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərdən birinə çevirərək, məşqçilərin bu istiqamətdə daha da ixtisaslaşması üçün onların adaptiv cüdo seminarlarında və təlim-məşq toplanışlarında iştirakını nəzərdə tutub. Belə ki, cari ilin may ayında məşqçilər Rüfət İsmayılov və Samir İsmayılovun Parisdə keçirilən adaptiv cüdo üzrə təlim-məşq toplanışında və məşqçilik seminarında iştirak ediblər. Hazırda məşqçilər Xorvatiyanın Velika-Qoritsa şəhərində lazım olan bacarıq və biliklərinin təkmilləşdirmək üçün "Get Together 2024" adaptiv cüdo turnirinə qatılıblar.

Hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Görüş zamanı valideynlər proqramı böyük həvəslə qarşıladıqlarını və bunun uşaqların həyatına göstərəcəyi müsbət təsiri səbirsizliklə gözlədiklərini bildiriblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

ACF-in təhsil üzrə meneceri Orxan Oruczadə Avropa Cüdo Birliyinə müsahibəsində layihə haqqında məlumat verib: "Cüdonun dəyərləri ilə biz yaxın tanış olanda başa düşdük ki, əlilliyi olan şəxslər, uşaqlar Azərbaycan cüdosunun bütün mərhələlərində və inkişaf tarixində diqqətdən kənar qalıblar. Ölkəmizdə son illər inklüziv cəmiyyətin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər cüdo ailəsi olaraq bizim də bu sahəyə diqqət yönəltməyimizə həvəsləndirdi.

Adaptiv cüdonun Azərbaycanda tətbiq olunması üçün biz müxtəlif ölkələrin təcrübəsini yaxından öyrənirik. Məşqçilərimizin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması üçün onların Avropa Cüdo Birliyinin təşkil etdiyi programlarda iştirakına dəstək oluruq.

Azərbaycanda cüdo idman növü populyar idman növlərindən biri hesab olunur. Müxtəlif illərdə Azərbaycanlı idmançıların qitə və dünya çempionatlarında, olimpiya çempionatlarında əldə etdiyi nailiyyətlər bu idman növünün daha da populyarlaşmasına səbəb olmuşdur. Bu populyarlıq uşaqlarda bu idman növünə həvəsin yaranmasına səbəb olur. Düşünürük ki, bu cür həvəs və maraq göstərən uşaqlar arasında əlilliyi olan uşaqlar da var. Lakin onlar üçün mövcud vəziyyətin əlverişsiz olması, bu idman növü ilə bağlı yaranmış arzularının yarımçıq qalmasına səbəb olur. Odur ki, mühüm dəyərləri özündə daşıyan cüdonun hər bir şəxs üçün əlçatan olması bizim fəaliyyətimizdə ən vacib istiqamətdir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Oxşar xəbərlər