top
Camal Qamzatxanov Tbilisidəki Böyük Dəbilqədə bürünc medal şansı qazanmağa çalışır Idman.biz
22 mart 2026, 13:40
- ↺ +

Camal Qamzatxanov Tbilisidəki Böyük Dəbilqədə bürünc medal şansı qazanmağa çalışır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili cüdoçusu Camal Qamzatxanov 1/4 final görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinala gedən yolda rusiyalı Artyom Zolotuxinlə qarşılaşıb. Gərgin keçən mübarizədə rəqibinə məğlub olan Qamzatxanov final şansını itirib.

Buna baxmayaraq, cüdoçumuz turnirdə mübarizəni dayandırmır. O, bürünc medal qazanmaq şansını qorumaq üçün təsəlliverici görüşə çıxacaq. Bu mərhələdə qalib gələcəyi təqdirdə, Camal üçüncü yer uğrunda həlledici qarşılaşmada iştirak etmək hüququ qazanacaq.

12:57

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili təmsilçiləri 1/8 final görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov turnirə uğurlu start verib. O, ilk görüşündə Qazaxıstan idmançısı Yelaman Yerqaliyevlə qarşılaşıb. Gərgin keçən mübarizənin qızıl xal (Golden Score) bölümündə rəqibinə yuko fəndi ilə qalib gələn Qamzatxanov 1/4 finala vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Kənan Nəsibov isə 1/8 finalda məğlubiyyətlə üzləşib. Almaniyalı Losseni Kone ilə qarşılaşan təmsilçimiz qızıl xal bölümündə rəqibinə uduzaraq yarışla erkən vidalaşmalı olub.

12:26

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili idmançılarının növbəti rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz 1/8 final mərhələsində ciddi rəqiblərlə qarşılaşacaqlar.

Kənan Nəsibov Almaniyadan olan Losseni Kone, Camal Qamzatxanov isə Qazaxıstan təmsilçisi Yelaman Yerqaliyevlə qarşılaşacaq.

Hər iki idmançımız bir nömrəli tatamidə mübarizə aparacaq. Kənan Nəsibovun görüşü proqram üzrə 21-ci, Camal Qamzatxanovun döyüşü isə 24-cü sırada yer alıb.

12:10

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın qadın idmançısı tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/8 final mərhələsindən başlayıb. O, bu mərhələdə İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşıb.

Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün qızıl xal (Golden Score) bölümünə ehtiyac duyulub. Bu hissədə rəqibinə məğlub olan Kaisinova turnirdə çıxışını başa vurub.

09:35

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatır. Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü medallar uğrunda qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, bu gün həm kişilər, həm də qadınlar arasında ağır çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Kişilərin mübarizəsində +100 kq çəki dərəcəsində iki idmançımız 1/8 finaldan mərhələyə başlayacaq. Camal Qamzatxanov Saba Kardava (Gürcüstan) - Losseni Kone (Almaniya) cütünün qalibi ilə, Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) - Gela Zaalişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə +78 kq çəkidə çıxış edən Madina Kaisinova start götürəcək. O, 1/8 final mərhələsində İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:14

İngiltərə klubları Roma 60 milyonluq müdafiəçini ələ keçirmək üçün yarışır

Voleybol
Bu gün, 21:02

Ayşən Əbdüləzimova: İlk oyun, ilk qələbə – əsas məqsədimiz qələbə idi

Digər
Bu gün, 20:57

“Liverpul”da ciddi itki

Digər
Bu gün, 20:51

Konate “El-Klasiko” öncəsi “Real Madrid”in qələbə şərtini açıqladı

Futbol
Bu gün, 20:36

Van Deyk, Liverpoolun 123 milyon funtlu transferini yüksək qiymətləndirir

Futbol
Bu gün, 20:07

Real Madrid Arsenal müdafiəçisini 100 milyon avrodan çox təkliflə almağa hazırdır

Futbol
Bu gün, 20:01

Jota Oliveyra: "Mövsümün ən yaxşı qolunu vurdu"

Futbol
Bu gün, 19:50

Renat Dadaşovun budunun ön əzələsində yırtıq aşkar edildi, təxminən bir ay müalicə, noyabr oyunlarını qaçırma riski

Futbol
Bu gün, 19:46

Mbappé 'Onze d'Or' mükafatını qazanıb – 'Qızıl Top' üçün kimlər də mükafat alıb?

Digər
Bu gün, 19:38

“Real Madrid”in sabiq futbolçusu yenidən zədələndi

Digər
Bu gün, 19:28

“Qalatasaray” UEFA-ya müraciət edib

Digər
Bu gün, 19:23

Çempionlar Liqasında sarı vərəqə qaydası dəyişdi: Futbolçuları hansı cəzalar gözləyir?

Futbol
Bu gün, 19:08

Van Deyk, Kloppun onun karyerasındakı rolunu açıqladı

Futbol
Bu gün, 18:59

Leao zədə səbəbindən İstanbul derbisini buraxacaq

Futbol
Bu gün, 18:59

Borussiya 7 gündə 11,300 km səyahət etdi – ‘Sabah’la oyuna hazır

Futbol
Bu gün, 18:53

Real Madrid İngiltərə Premyer Liqası klublarından 80 milyon avro tələb edir

Futbol
Bu gün, 18:50

Zəngəzur 5-0 “Şəki”, Qaradağ Lökbatan 3-0 “Dinamo”

Digər
Bu gün, 18:41

Mourinyo Vinisiusa xəbərdarlıq etdi: “Real Madrid”də toxunulmaz futbolçu yoxdur

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:24

“Bavariya”nın baş məşqçisi “Arsenal”la oyun öncəsi xəstələndi

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Qarabağ FK
Bu gün, 18:10

AFFA İntizam Komitəsinin iclası keçirilib

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Oxşar xəbərlər