top
Camal Feyziyev Varşava Açıq Avropa Turnirində gümüş medal qazandı Idman.biz
15 mart 2026, 22:37
- ↺ +

Camal Feyziyev Varşava Açıq Avropa Turnirində gümüş medal qazandı

Polşanın paytaxtı Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçusu Camal Feyziyev uğurlu çıxışı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışı mükafatçılar sırasında başa vurub.

Bütün rəqiblərini üstələyərək finala qədər yüksələn Camal Feyziyev həlledici qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu nəticə ilə cüdoçumuz beynəlxalq arenada növbəti nailiyyətini aktivinə yazdırıb.

17:56

Polşanın paytaxtı Varşavada böyüklər arasında keçirilən "Warsaw European Open 2026" turniri başa çatmaq üzrədir. Azərbaycan cüdoçuları yarışın son günündə uğurlu çıxışları ilə diqqət çəkiblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev bütün rəqiblərini məğlub edərək turnirin finalına vəsiqə qazanıb. O, həlledici qarşılaşmada qızıl medal uğrunda mübarizə aparacaq.

Olimpiya Oyunlarının mükafatçısı Elmar Qasımov (100 kq) isə yarımfinal mərhələsində rəqibinə uduzaraq finalın bir addımlığında dayanıb. Təcrübəli cüdoçumuz fəxri kürsünün üçüncü pilləsi uğrunda təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, yarışın son günündə tatar üzərinə Azərbaycanın 5 təmsilçisi çıxıb. Onlardan Gülnarə Bayramova (57 kq) ilk mərhələni keçsə də, 1/8 finalda məğlub olub. Hazırda yığmamızın aktivində bir bürünc medal var. 27 ölkədən 370-ə yaxın idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

11:49

Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında keçirilən Avropa Açıq Turnirinə (Warsaw European Open 2026) bu gün yekun vurulacaq. Yarışın ikinci - sonuncu günündə Azərbaycanın daha beş cüdoçusu mükafatlar uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, turnirin son günündə kişilər arasında Xəyyam Əliyev və Nihad Şıxəlizadə (hər ikisi 90 kq) qüvvəsini sınayacaq. Əliyevin rəqibi fransalı Aleksa Mitroviç, Şıxəlizadənin rəqibi isə Niderlanda tımsilçisi Den Hartoq Florisdir.

Elmar Qasımov (100 kq) Polşa təmsilçisi Mateus Vaçko ilə qarşılaşacaq. +100 kq çəki dərəcəsində mübarizə aparacaq Camal Feyziyev isə Almaniya təmsilçisi Marvin Belzlə döyüşəcək.

Qadınların yarışında isə Gülnarə Bayramova (57 kq) Malina Klaret Vilsonla (İspaniya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan yığması bir medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bürünc medala sahib çıxıb. Ümumilikdə 19 cüdoçu ilə təmsil olunduğumuz yarışda 27 ölkədən 320 idmançı iştirak edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:12

Rövşən Nəcəf: “Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır” - FOTO

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Digər
Bu gün, 12:49

Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Oxşar xəbərlər