top
Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb İdman.biz
06 noyabr 2024, 17:58
- ↺ +

Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Biləcəri qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

İdman.biz xəbər verir ki, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmi şəxslər cüdo zalına baş çəkərək orada yaradılan şəraitlə tanış olublar.

Cüdo zalında 320 kv.m sahəsi olan "dojo" (cüdo məşq zalı) və 75 kv.m sahəsi olan fiziki hazırlıq zonası mövcuddur. Cüdo zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın "Zebra" şirkətinin tatamiləri ilə, fiziki hazırlıq zonası cüdo idman növü üzrə uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları ilə təchiz edilib. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

Rəşad Rəsullu bildirib ki, ACF-in fəaliyyətində əsas istiqamətlərdən biri ölkədə mövcud olan cüdo məşq zallarının maddi-texniki bazasının təkmilləşdirilməsidir: "Bakı şəhərinin ən iri qəsəbələrindən olan və 50 mindən çox əhalinin yaşadığı Biləcəri qəsəbəsində ən müasir standartlara uyğun cüdo zalının fəaliyyətinin təmin edilməsi Federasiyanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihədir. Əminik ki, yeni fəaliyyətə başlayan cüdo zalı qəsəbədə yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq".

Qeyd edək ki, Federasiya 2022-ci ildən etibarən Bakı və regionlarda 100-ə yaxın cüdo zalını 6,500 tatami ilə təmin edib və 1,300 idmançının ödənişsiz məşq keçməsinə şərait yaradıb. Həmçinin, Federasiyanın maliyyə dəstəyi ilə Sumqayıtda, Gəncədə, Zaqatalada və Qusarda regional təlim-məşq mərkəzləri fəaliyyətə başlayıb, Ağstafa, Sabirabad, Qazax, Zəngilan rayonunun Ağalı kəndi və Bakının Zirə qəsəbəsində cüdo zalları təmir edilərək istifadəyə verilib.

Növbəti ildə isə Federasiyanın fəaliyyət proramına uyğun olaraq, təxminən 50 cüdo zalının daha 4,000 ədəd tatami ilə təmin edilməsi, həmçinin İmişli, Şabran, Qax və bir sıra digər rayonlarda yeni cüdo zallarının istifadəyə verilməsi planlanır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Oxşar xəbərlər