Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı başlayıb.
İdman.biz xəbər verir ki, 66 kq-da çıxış edən Məhəmməd Musayev finalda Aleksis Renara (Fransa) ipponla qalib gələrək qızıl medal əldə edib.
Bundan əvvəl isə 60 kq-da çıxış edən Nihad Məmişov finalda italiyalı Françesko Sampinoya qalib gələrək qızıl medala yiyələnib.
İdman.biz