top
Azərbaycanın Olimpiya çempionlarının Xankəndi şəhərinə səfəri Report.az
23 avqust 2025, 12:40
- ↺ +

Azərbaycanın Olimpiya çempionlarının Xankəndi şəhərinə səfəri

Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Xankəndi şəhərinə səfər ediblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, səfər zamanı onlar şəhər sakinləri ilə görüşüb, şəhərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər.

Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkərək, görülən tikinti işlərinə şahidlik ediblər.

Qonaqlara yaxın vaxtlarda stadionun yenidənqurma prosesinin başa çatacağı bildirilib.

Qeyd edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər icra olunur. Dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Oxşar xəbərlər