top
Azərbaycan MMA Federasiyasının prezidenti UFC döyüşçülərinin şanslarını dəyərləndirib Idman.biz
21 iyun 2025, 15:20
- +

Azərbaycan MMA Federasiyasının prezidenti UFC döyüşçülərinin şanslarını dəyərləndirib

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bu gün Bakı Kristal Zalında baş tutacaq "UFC Fight Night" turnirində çıxış edəcək Azərbaycan idmançılarının şanslarını dəyərələndirib.

İdman.biz xəbər verir ki, qurum rəhbəri bu barədə "Report"a açıqlama verib.

O, Rafael Fiziyevin çilili İqnasio Bahamondeslə görüşdə qələbə qazanacağına inandığını deyib: "Rafael Fiziyevin mütləq şəkildə qələbə qazanacağına inanıram. Qalib gəlməsə, yəqin ki, özünü bağışlamaz. Fiziyevin gücünə şübhə etmirəm.

Nazim Sadıxovda isə güclü potensial görürəm. Bu, şəxsi fikrimdir. O, yüksək pillələrə qalxacaq səviyyədə idmançıdır. Özüm əvvəllər çox döyüşmüşəm və Sadıxovun gələcək vəd etdiyini görə bilirəm. Nazim elə görüşlərdə qələbə qazanacaq ki, çoxları təəccüblənəcək. Onun boyu da imkan verir ki, rəqiblərinə qalib gəlsin. Braziliyalı Nikolas Motta ilə görüşdə Nazimdən yaxşı nəticə gözləyirəm. Düşünürəm ki, rəqibini üstələyəcək. Çünki Nazim Sadıxov döyüşəndə rəqib tez yorulur.

Tofiq Musayev təcrübəli idmançıdır. Onun sürətli döyüşləri hər kəsə bəllidir. Əl və ayaqları çox işləkdir. Bir çox rəqiblərini sürəti hesabına məğlub edir. Bu dəfə də belə olacağına inanıram. Baxmayaraq ki, onun qırğızıstanlı rəqibi Mıktıbek Orolbainin döyüş tərzini anlamaq olmur. Hər dəfə oktaqona çıxanda fərqli döyüş nümayiş etdirir. İstənilən halda, hər üç döyüşçümüzə uğurlar arzulayırıq".

A.Əsgərov Azərbaycanın ev sahibliyi etdiyi yarışlardan hər zaman alnıaçıq çıxdığını söyləyib: "Dövlətimiz daim idmana dəstək göstərir. Cənab Prezident İlham Əliyev idmana yaxın olduğu üçün hər zaman onun diqqət və qayğısını hiss edirik. Daha əvvəl ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və başqa nüfuzlu yarışlar keçirilib. UFC də dünyanın böyük təşkilatlarından biridir. Həm də bütün dünyanın diqqət mərkəzində olan turnirdir. Azərbaycana müxtəlif yerlərdən turistlər gələcək, ölkəmiz, şəhərimiz tanınacaq. Biz ölkə olaraq hər zaman yüksək təşkilatçılıqlarla yadda qalmışıq".

Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 20:00-da, əsas qarşılaşmalar saat 23:00-da başlayacaq. "UFC Fight Night"ın əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Dünən, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
Dünən, 20:49

İrlandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib

Basketbol
Dünən, 20:32

Tahir Baxşıyev NTD ilə müqaviləsini uzadıb

Boks
Dünən, 20:15

İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazırdır

Formula 1
Dünən, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Dünən, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Oxşar xəbərlər