top
Azərbaycan medal sayına görə CÜDONUN YARADICILARINI qabaqlayır İdman.biz
20 sentyabr 2024, 12:52
- ↺ +

Azərbaycan medal sayına görə CÜDONUN YARADICILARINI qabaqlayır

Azərbaycan beynəlxalq arenada qazanılan mükafatların sayına görə cüdoda aparıcı 8 ölkə sırasındadır. Sentyabrın ortalarına qədər böyüklər, kadetlər, kiçiklər və veteranlar səviyyəsində çıxışların cəminə əsasən, 156 mükafat qazanılıb (49-36-71). Bu da ölkəmizə dünya medal sıralamasında 8-ci yerdə qərarlaşmağa imkan verir.

İdman.biz xəbər verir ki, qazanılan mükafatların sayına görə 9-cu yerdə olan cüdonun yaradıcıları - Yaponiyanı qabaqlayırıq.
Gündoğan ölkənin hesabında 47 qızıl, 20 gümüş və 42 bürünc var.

Əlbəttə, Paris Olimpiadasındakı tarixi nəticə də əsas göstəricidir, orada Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar, komandamız isə ümumi hesabda yalnız Yaponiyadan geri qalaraq ikinci yeri tutub.

Bundan əvvəl hər iki lider cüdoçumuz titulu qazandıqları Abu Dabidə keçirilən dünya çempionatında parlayıblar.

Dünya Turu yarışlarındakı cari göstəricilər nöqteyi-nəzərindən, ölkəmizdə keçirilən "Böyük dəbilqə" turniri tatami sahiblərinin qızıl het-trikə imza atması ilə məhsuldar olub: Zelim Tskayev (81 kq), Murad Fətiyev (90 kq) və Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hidayət Heydərov (73 kq) və Elcan Hacıyevin (81 kq) qızıl medal qazandıqları Avropa çempionatını da unutmaq olmaz. Yeri gəlmişkən, Elcan bu mövsüm artıq beş dəfə fərqlənib: o, Paris və Tbilisidə "Böyük dəbilqə" yarışlarının finalında çıxış edib, həmçinin Astanada analoji turnirdə və Portuqaliyada Qran-Pridə bürünc medal qazanıb.

Mövsümün medal sıralamasında mübarizə kifayət qədər gərgin gedir. Məsələn, altıncı yerdə olan Ukrayna bizdən bir qızıl medal öndədir - 50-yə qarşı 49. Yeddinci yerdə olan Əlcəzair ilə qızıl sayında bərabərlik olsa da, gümüş və bürünc mükafatların sayına görə irəlidədir. Bir sözlə, Azərbaycan "Top 6"ya daxil olmağa çox yaxındır. Braziliya isə beşincidir (62-50-81).

Ümumi medal siyahısında Fransa 124 qızıl, 104 gümüş və 190 bürünc mükafatla liderlik edir. Sonrakı yerdə Gürcüstan gəlir (70-61-101), ilk üçlüyü Özbəkistan (69-45-99) tamamlayır.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Oxşar xəbərlər