top
Azərbaycan cüdoçuları Qvadalaxara Qran Pridən sonra dünya reytinqində yüksəlişə nail olublar Idman.biz
20 oktyabr 2025, 15:16
- +

Azərbaycan cüdoçuları Qvadalaxara "Qran Pri"dən sonra dünya reytinqində yüksəlişə nail olublar

Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilən "Qran Pri" turnirindəki parlaq çıxışdan sonra dünya reytinqində ilk "üçlüy"ə yüksəliblər.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) yarışın yekunlarına əsasən cüdoçuların yenilənmiş dünya reytinqini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Qvadalaxaradakı yarışda ümumilikdə doqquz medal – altı qızıl, üç bürünc qazanıblar. Turnirin qalibləri Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərli (81 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) olublar. Bürünc medalları isə Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiev (90 kq) əldə ediblər.

73 kq çəki dərəcəsində Hidayət Heydərov üç pillə irəliləyərək 4176 xalla dünya reytinqində üçüncü yerə yüksəlib. Bu kateqoriyada Şahram Axadov (Özbəkistan, 4523 xal) və Tatsuki İşiara (Yaponiya, 4500 xal) ilk iki pilləni tutur. Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev iki pillə irəliləyərək 3917 xalla beşinci yeri tutur.

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də üç pillə irəliləyib və hazırda 5118 xalla ikinci yerdə qərarlaşıb. Reytinqin lideri 5550 xalla Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi Matvey Kanikovskiydir.

60 kq çəki dərəcəsində Balabəy Ağayev dörd pillə irəliləyərək 3356 xalla altıncı yeri tutur. Eyni çəkidə Əhməd Yusifov 14 pillə irəliləyib və 2360 xalla 12-ci yerdə qərarlaşıb.

66 kq-da çıxış edən Ruslan Paşayev 11 pillə irəliləyərək 3171 xalla dünya reytinqində dördüncü yerə yüksəlib. 81 kq çəki dərəcəsində Zəlim Tskaev iki pillə irəliləyərək 4265 xalla üçüncü yerdə, Vüsal Qələndərli isə 812 xalla 145 pillədən çox irəliləyərək 52-ci pillədə qərarlaşıb.

90 kq çəki dərəcəsində Elcan Hacıyev (3651 xal) ikinci yerini qoruyub saxlayıb, Murad Fətiev (2546 xal) isə 13 pillə irəliləyərək yeddinci yeri tutur.

Ağır çəkililər arasında Uşangi Kokauri 3436 xalla 7 pillə irəliləyib və dünya reytinqində yeddinci pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Dieqo Maradonanın ölümündən əvvəlki günlər: Həyəcan verici simptomlar

Futbol
Bu gün, 04:07

Xavi Niderland milli komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 03:12

Çelsi Enso Fernandesin Satılıq Olması Üçün Son Tarix Təyin Edib

Futbol
Bu gün, 02:05

Kristian Romero “Atletiko Madrid”ə keçib

Futbol
Bu gün, 01:51

Brayan Madco UEFA Superkubokunda qol vuran ən gənc oyunçu oldu

Futbol
Bu gün, 01:45

Luis Enrike UEFA Superkubokunu üçüncü dəfə qazanıb

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Futbol
Dünən, 23:22

PSJ - "Aston Villa" UEFA Superkuboku matçında hesab açılıb

Futbol
Dünən, 23:17

Masazır stadionu önündəki insidentə görə cinayət işi açıldı

Futbol
Dünən, 23:13

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayıb

Güləş
Dünən, 22:55

U-15 Azərbaycan qızlardan ibarət milli komandası Qazaxıstanda məğlub olub

Güləş
Dünən, 22:55

Azərbaycan U-15 qızlar milli komandası Qazaxıstanda ilk matçında məğlub olub

Basketbol
Dünən, 22:38

“Los Anceles Leykers” basketbol komandası yenidən sahibi dəyişir

Futbol
Dünən, 22:25

„İmişli“ Ayxan Abbaszadə ilə müqavilə imzalayıb

Basketbol
Dünən, 22:20

Amerikalı forvard Kervin Volt „LANDAU Lions” klubuna qoşuldu

Futbol
Dünən, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Oxşar xəbərlər