top
Azərbaycan cüdoçuları III MDB Oyunlarının fərdi yarışlarında 21 medal qazandılar Idman.biz
04 oktyabr 2025, 22:27
- ↺ +

Azərbaycan cüdoçuları III MDB Oyunlarının fərdi yarışlarında 21 medal qazandılar

Oktyabrın 4-də III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 16 çəki dərəcəsi üzrə 28 idmançımız tatamiyə çıxıb.

Yığmamız toplamda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb. Gülşən Hüseynova (-44 kq), Könül Eyvazlı (-48 kq), Nərmin Ağamirzəzadə (-52 kq), Zeyd Ələsgərov (-60 kq) və Fəxri Sahibzadə (-66 kq) çempion olub.

Sunay Salamova (-40 kq), Nəzakət Vəliyeva (-57 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-60 kq), Məhəmməd Ağakişiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş medallara sahib çıxıb.

Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Fidan Cəlilli (-70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Sadiq Məmmədov (-73 kq), Nurəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) yazdırıb.

Millimiz bu nəticə ilə fərdi yarışları ümumi komanda hesabında ikinci, qızların mübarizəsində isə birinci pillədə tamamlayıb. Qeyd edək ki, Oyunlarda 6 ölkəni təmsil edən 91 cüdoçu (50 oğlan, 41 qız) mübarizə aparıb.

Sabah cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək.

17:55

Azərbaycan cüdoçuları III MDB Oyunlarında uğurlu çıxışlarını davam etdirir.

İdman.biz "Report"a istinadla xəbər verir ki, 60 kq çəkidə Zeyd Ələsgərov qızıl medal qazanıb, eyni çəkidə çıxış edən Röyal Qayıbov isə gümüş medalla kifayətlənib.

44 kq çəkidə Gülşən Hüseynova da qızıl medal əldə edib, Xədicə Abdullayeva isə bürünc medala sahib olub.

55 kq çəkidə Məhəmmədəli Hüsiyev gümüş, İbrahim Talıbov isə bürünc medal qazanaraq Azərbaycan cüdoçularının uğurlarına əlavə edib.

17:32

Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.

İdman.biz "Report"a istinadla xəbər verir ki, finalda uduzan Sunay Salamova (40 kq) gümüş medal medalla kifayətlənib.

Anar Quliyevin (50 kq) qazancı isə bürünc medal olub.

13:30

Azərbaycanın cüdoçuları III MDB Oyunlarında uğurlu çıxışlarını davam etdirir.

İdman.biz xəbər verir ki, Fidan Cəlilli (+70 kq) turnirdə üçüncü yerə çıxaraq bürünc medal qazanıb.

Eyni zamanda, Zemfira Əliyeva (+70 kq) da fərdi kateqoriyada üçüncü yerə sahib çıxıb. Hər iki çəki dərəcəsində görüşlər dairə sistemi üzrə keçirilib.

Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.

12:10

Azərbaycanın 12 cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, onlardan 7-si oğlan, 5-i qız idmançılardır.

Oğlanlardan Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq), qızlardan Sunay Salamova (40 kq), Gülşən Hüseynova (44 kq), Könül Eyvazlı (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Nəzakət Vəliyeva (57 kq) həlledici raunda yüksəliblər.

11:32

Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Futbol
Bu gün, 09:28

U-15 Milli Komanda Bu Gün İki Matça Oynayacaq: İsrail və Haiti ilə

Futbol
Bu gün, 09:23

Ronaldino 11 il sonra futbola qayıdır – Əfsanələrin geri dönüşü

Futbol
Bu gün, 09:20

Tottenham qış transfer pəncərəsində hücumçuları gücləndirməyə çalışır

Futbol
Bu gün, 09:13

Avropa futbolunda derbiler həyəcanı: Günün matçı

Futbol
Bu gün, 09:00

AFK Al‑Nasr ilə Al‑Vasl arasındakı Çempionlar Liqası matçı təxirə verildi

Futbol
Bu gün, 08:40

Mançester Yunayted yeni baş məşqçi tapmaqda çətinlik çəkir

Futbol
Bu gün, 08:28

Di Mariya: Mourinyo Barselona'ya qarşı sərt fiziki mübarizəni tapşırdı

Futbol
Bu gün, 08:20

"Kristal Pelas" Pyer Saji istefadan sonra Şon Dayçın baş məşqçi namizədliyini dəyərləndirir

Futbol
Bu gün, 08:00

Brayton və RB Leypsiq 19 yaşlı Adin Liçinanı əldə etmək üçün mübarizə aparır

Formula 1
Bu gün, 07:33

Williams sürücüsü Albon: Bolidin əsas problemlərini hələ həll edə bilmədik

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Oxşar xəbərlər