top
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti: Avropa çempionatındakı nəticələrimiz əla uğurdur - MÜSAHİBƏ Report.az
02 may 2025, 11:56
- +

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti: "Avropa çempionatındakı nəticələrimiz əla uğurdur" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli "Report"a müsahibə verib. Olimpiya çempionu millinin Monteneqroda təşkil olunan Avropa çempionatında çıxışını (1 gümüş, 4 bürünc medal) dəyərləndirib. O, həmçinin baş məşqçi Rixard Trautmanın işi ilə bağlı sualı cavablandırıb. Qurum rəsmisi bir neçə gün öncə Avropa Cüdo İttifaqı tərəfindən mükafatlandırılmasına da münasibət bildirib.

- Azərbaycan cüdoçuları Monteneqroda baş tutan Avropa çempionatını 1 gümüş və 4 bürünc medalla bitirdi. Nəticələri qənaətbəxş hesab etmək olar?

- Əlbəttə, gözəl nailiyyətdir. Ən əsası da odur ki, hər çəkidə medal qazandıq. Baxmayaraq ki, medalların əyarı gümüş və bürüncdür. Yeni adlar üzə çıxdı. Məsələn, Yusif Əhmədov (60 kq), Zelim Tçkayev (81 kq) ilk dəfə Avropa üçüncüsü oldular. Ötən il Elcan Hacıyev 90 kq-da Avropa çempionu titulunu qazanmışdı. Bu dəfə Murad Fətiyev eyni çəkidə üçüncü yeri tutdu. O, qəhrəmancasına güləşdi və zədələndi. Zelim Kotsoyev Olimpiya çempionumuzdur. Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra ilk yarışı idi. Finaldakı rəqibi isə olimpiadanın gümüş medalçısı idi. Gürcüstanlı cüdoçu olimpiadada finala qədər gəlibsə, deməli, güclüdür. Bu idmandır, biri udur, digəri uduzur. Əsas mübarizəni, yəni olimpiada kimi nəhəng yarışı biz qazanmışıq. Olimpiya çempionu, həm də vitse-prezident kimi deyə bilərəm ki, bu medal digərlərindən üstün və gözəldir. Zelim Avropa çempionatında ikinci olsa da, yaxşı mübarizə apardı.

- Amma qadın cüdoçular zəif nəticə göstərdilər…

- Qadın cüdoçular inkişafdadırlar. Bilirsiniz ki, "Qızlara ağ yaraşır" və sair kimi kampaniyalar keçiririk. Onları bu idman növünə cəlb etməyə çalışırıq. Düzdür, nəticə yoxdur, amma bu, son deyil. Ümid edirəm ki, növbəti yarışlarda bu çatışmazlıqlar aradan qalxacaq və qadın idmançılarımız dünya və Avropa çempionatlarında qızıl medal qazanaraq özlərini sübut edəcəklər. Təbii ki, bunun üçün zaman lazımdır.

- Baş məşqçi Rixard Trautman bu nəticələrdən sonra federasiyaya hesabat verib?

- Hesabat deyəndə, bu nəticələri gözəl nailiyyət kimi qiymətləndirirəm. Biri var bir çəkidə qızıl medal olsun və bununla da məsələ bitsin. Amma hər çəkidə medalın olması yaxşı nəticədir. Hələ Avropa çempionatında Hidayət Heydərov və Elcan Hacıyev güləşmədi. Güləşsəydilər, əlavə medallarımız da olacaqdı. Hidayət xəstəlik səbəbindən Avropa çempionatında iştirak edə bilmədi. Bizim üçün əsas məqsəd idmançının sağlamlığıdır. Bir yarışla həyat bitmir. Gələcəkdə turnirlərimiz olacaq.

- Ümumiyyətlə, Trautmanın yığmadakı işi ilə bağlı fikirləriniz necədir?

- Təbii ki, yaxşıdır. Trautman yaxşı məşqçi və performans direktorudur. Hər halda, yaxşıdır ki, bu gün işinə davam edir.

- Hidayət Heydərovun son durumu necədir?

- Yaxşıdır. Allahın köməyi ilə xəta-bəla olmasa, dünya çempionatında çıxış edəcək.

- Murad Fətiyevin zədə səbəbindən qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcəyi müəyyənləşib. Onun yoxluğunu ciddi itki hesab etmək olar?

- Şübhəsiz, son Avropa çempionatının üçüncüsüdür, güclü idmançıdır. Onun çıxış etməməsi bizim əlimizdə deyil. Lakin federasiya olaraq dərhal duruma müdaxilə etdik, hazırda müalicə alır. Əsas məqsəd 2028-ci ildə keçiriləcək olimpiadaya qədər komandanın tam püxtələşməsidir. Vaxtımız var, həvəsdən düşməyəcəyik. Fətiyevə ayrıca məşq proqramı veriləcək. Bərpa olduqdan sonra yığmaya qatılacaq.

- Dünya çempionatında şanslarımızı necə dəyərləndirirsiniz?

- Heç vaxt medal sayı deməmişəm, demərəm də. Çünki bu cüdodur və əvvəlcədən heç nəyi bilmək olmur. Digər idman növlərində 4 xal geridə olsan, yenidən hesabı bərabərləşdirmək mümkündür. Amma cüdoda çətin məsələdir. Hesabda öndə olan vaxt ipponla uduza bilərsən. Əlbəttə, hər bir idmançıdan yaxşı performans, qızıl medal gözləyirik. Həmçinin digər ölkələrin idmançıları da məşqlər edirlər, təhlillər aparırlar, hazırlaşırlar. İnanıram ki, milli üzvləri ölkəmizi layiqli şəkildə təmsil edəcəklər.

- Bir müddət öncə Avropa Cüdo İttifaqı tərəfindən Zelim Kotsoyev, Hidayət Heydərov və baş məşqçi Rixard Trautmanla yanaşı, siz də mükafata layiq görüldünüz. Bununla bağlı təəssüratlarınız necədir?

- Təbii ki, çox məmnunam və sevincliyəm. Bildiyiniz kimi, Hidayət Heydərov Avropanın ən güclü cüdoçusu seçildi. Ən yaxşı baş məşqçi isə Rixard Trautman oldu. Öz biliyimizi və dəstəyimizi idmançılardan əsirgəmirik. Çox şadam ki, Azərbaycanın cüdo yığması belə nailiyyətlər əldə edib. Mükafata o qədər də önəm vermirəm, əsas olan idmançılarımızın nailiyyətləridir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:25

La Liqada mövsümün açılış matçında “Alaves” “Xetafe”ni məğlub edib

Futbol
Bu gün, 00:18

İnter" "Betis"i mövsümöncəsi yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:59

Ced Spens “İnter”ə keçib

Futbol
Dünən, 23:39

Kamilo Duran “Seltik”də ilk rəsmi qolunu vurub

Futbol
Dünən, 23:20

Zion Suzukinin PSJ-yə transferi uğursuzluqla nəticələnib

Futbol
Dünən, 23:17

Azər Məmmədov: “Kəpəz” transferlərindən narazılıq yoxdur”

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu “Əl-Nəsr”in oyununa azarkeş kimi qatılıb

Futbol
Dünən, 22:21

Muhammed Salahın oyunu “Trabzonspor”a xal qazandırdı

Futbol
Dünən, 22:18

Ramil Şeydayevin komandasının matçı təxirə salındı

Futbol
Dünən, 22:12

Di Qreqorio „Montsa“ya qayıda bilər

Futbol
Dünən, 21:57

Anatoli Nuriyev qol vurdu, lakin komandası məğlub oldu

Futbol
Dünən, 21:52

Borussiya Dortmund və Roma arasında yoldaşlıq oyunu heç-heçə ilə başa çatıb

Futbol
Dünən, 21:43

Cavid Hüseynov: “Bu çempionat daha maraqlı olacaq”

Futbol
Dünən, 21:38

Sumqayıt" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı

Futbol
Dünən, 21:30

“İmişli” - “Araz-Naxçıvan” 0:0: Fərid Namazov fikirlərini bölüşüb

Minifutbol
Dünən, 21:15

"Araz-Naxçıvan"da yeni baş məşqçi təyin olunub

Cüdo
Dünən, 20:57

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Futbol
Dünən, 20:49

Çelsi azarkeşləri Fernandesə fitə basdı

Futbol
Dünən, 20:13

"Bayer Leverkuzen" "Nyukasl"ı məğlub edib

Futbol
Dünən, 20:02

Tottenhem yoldaşlıq oyununda Hoffenhaymı darmadağın edib

Futbol
Dünən, 19:57

Hapoel"in "Sabah"la oyun üçün planı

Futbol
Dünən, 19:51

Şeffild Uensdey Ceymi Vardini geri qaytarmaq istəyir

Futbol
Dünən, 19:44

"Sabah" - "Kəpəz" matçı başlanır

Futbol
Dünən, 19:32

„Liverpul“ Barkola ilə bağlı danışıqları dayandırıb

Oxşar xəbərlər