İngiltərənin "Tottenhem Hotspur" və Almaniyanın "Hoffenheim" komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun İngiltərənin London şəhərindəki "Tottenhem Hotspur" stadionunda baş tutub. Ev sahibi komanda 3:0 hesabı ilə qalib gəlib.
"Tottenhem"in hücumçusu Rişarlison 35-ci dəqiqədə hesabı açıb. 59-cu dəqiqədə Mayki Mur ingilis komandasının üstünlüyünü ikiqat artırıb. 79-cu dəqiqədə Mur ikinci qolunu vurub.
"Tottenhem" 2025/2026 İngiltərə Premyer Liqası mövsümünü 17-ci yerdə başa vurub. Komanda 38 oyundan 41 xal qazanıb
Ötən mövsüm "Hoffenhaym" Almaniya Bundesliqasında 34 oyunda 61 xalla beşinci yeri tutub.