top
Azərbaycan Cüdo Federasiyasının növbəti konfransı keçirilib Sport24.az
21 aprel 2024, 12:30
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının növbəti konfransı keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. Sport24.az ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər.

 

Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun hərtərəfli inkişafı və kütləviləşdirilməsinin olduğunu bildirərək, ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların sayının 50 %-dən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O, xüsusilə qız idmançıların sayının artdığını qeyd edib.

 

Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə görülən işlər mühüm əhəmyyət kəsb edir.

 

O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya verdiyi hərtərəfli dəstəyin durduğunu vurğulayıb.

 

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək xüsusilə yarışların beynəlxalq standantlara cavab verəcək formada təşkil edilməsini, cüdonun kütləviləşdirilməsi istiqamətində görülən işləri qeyd edib.

 

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, ACF-nin baş katibi Rəşad Rəsullu tərəfidən 2022-2023-cü illər üzrə fəaliyyət hesabatı təqdim edilib. Hesabat konfrans üzvləri tərəfindən təsdiq edilib.

 

ACF-nin 2024-2028-ci illər üçün strategiyası iclas iştirakçılarına təqdim olunub və səsvermə ilə qəbul edilib. Bundan başqa, Federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiq edilib.

 

Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun namizədliyi təkif edilib və qəbul olunub.

 

Rəsullunun ACF-nin icraçı vitse-prezidenti seçilməsi təklif olunub və o, Federasiya üzvləri tərəfindən bu vəzifəyə təsdiq edilib.

 

Daha sonra ACF-nin Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçiməsi üçün səsvermə keçirilib. Mövlüd Mirəliyev, Ləman Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib və Mövlud Mirəliyev konfrans tərəfindən Komitənin sədri təyin olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Futbol
Bu gün, 20:27

İspaniyalı menecer Xavi Bonaventura: "Barselona"-nın Bakıda işini çətinləşdirəcək iki amil - uzun səfər və Yamalın yoxluğu

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Qarabağ FK
Bu gün, 19:20

«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması

Futbol
Bu gün, 19:16

Yoroya məhkumlaya cəza ləğv edilməsi qərarı müdafiə edildi

Futbol
Bu gün, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Futbol
Bu gün, 19:10

Mançester Yunayted müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarəyə göndərilə bilər

Digər
Bu gün, 19:08

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək ExpoSport Azerbaijan 2026 sərgisi

Qarabağ FK
Bu gün, 19:00

Şahruddin Məhəmmədəliyev səs-küylü açıqlamasına “Sportinfo”nun qeyri-rəsmi söhbətində aydınlıq gətirdi

Futbol
Bu gün, 18:59

Pep Qvardiola, Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya transfer etmək istəyib

Futbol
Bu gün, 18:50

Rahim Sterlinq avtomobil qəzası və gülüş qazı istifadəsi ilə bağlı 12 aylıq şərti həbs cəzası aldı;

Oxşar xəbərlər