top
Adil Osmanov: Moldovada Şərəf ordeni, Universiadada qələbə və Bakıda Dünya Çempionatına hazırlıq Idman.biz
15 oktyabr 2025, 14:51
- ↺ +

Adil Osmanov: Moldovada "Şərəf" ordeni, Universiadada qələbə və Bakıda Dünya Çempionatına hazırlıq

Azərbaycan əsilli moldovalı cüdoçu Adil Osmanov bu mövsüm tatamidə az görünüb. Zədələrini bərpa etdikdən sonra o, Almaniyada keçirilən Ümumdünya Universiadasında qələbə ilə geri dönüş edib. Yaxın günlərdə isə Olimpiada bürünc mükafatçısı Moldovada idmanın inkişafına verdiyi töhfəyə görə "Şərəf" ordeni ilə təltif olunub.

Bu əlamətdar hadisə münasibətilə İdman.Biz Adil Osmanovla həmsöhbət olub.

- Ordenlə təltif olunmağınız münasibətilə sizi təbrik edirik! Hər bir idmançı üçün dövlət tərəfindən əməyinə qiymət verilməsi xüsusi bir duyğudur. Bu mükafat sizin üçün nə ifadə edir?

- Səmimi sözləriniz üçün çox sağ olun! Bu mükafatı Moldova Prezidenti Maya Sandudan ölkə idmanının inkişafındakı xidmətlərim və Paris Olimpiadasındakı çıxışıma görə aldım. Orada bürünc medal qazandım. İdmançıların uğurlarının dövlət rəhbərliyi tərəfindən bu qədər diqqətlə qiymətləndirilməsi məni çox sevindirir. Məhz bu dəstəyin sayəsində Moldova Yay Oyunlarında tarixi nəticə əldə edə bildi.

- Son günlər yəqin ki, çoxlu təbriklər almısınız?

- Bəli, kifayət qədər çox oldu. Ən maraqlısı odur ki, mükafat aldığımı mənə Moldovadakı Azərbaycan Konqresinin sədri Elçin Bayramov zəng edib bildirdi. Elə ilk təbrik də ondan gəldi. Ardınca çox sayda təbriklər Azərbaycandan da gəldi. Mənim üçün bu, çox önəmlidir - bilmək ki, tarixi vətənimdə də karyeramı izləyir və mənə dəstək olurlar.

- Almaniyada keçirilən Ümumdünya Universiadası sizin üçün Olimpiadadan sonrakı ilk yarış idi? İdmana qələbə ilə dönməyinizdən sonra hansı hissləri keçirdiniz?

- Bəli, iki əməliyyat keçirdiyim üçün həm Avropa, həm də dünya çempionatlarını buraxmalı oldum. Universiada isə Yay Oyunlarından sonrakı ilk startım idi. Sağalıb "qızıl" medal qazandığıma görə çox şadam. Doğrudur, Universiadadan sonra çiyinlərimi bərpa etmək üçün iki aylıq fasilə götürməli oldum. Tatamiyə qayıtmaq, ilk növbədə özümə nə qədər güclü olduğumu sübut etmək istəyirdim. Əlhəmdulillah, buna nail oldum.

- Hazırkı vəziyyətinizi necə qiymətləndirirsiniz, yaxın planlarınız nələrdir?

- Hazırda reabilitasiya mərhələsindəyəm və tədricən əvvəlki formamı yığıram. İlin sonunadək daha bir turnirdə iştirak etməyi planlaşdırıram. Yəqin ki, bu, "Böyük Dəbilqə" yarışı olacaq. Gələn ildən isə dünya və Avropa çempionatlarına ciddi hazırlaşacağam.

- Adətən, yeni Olimpiya dövrü başlamazdan əvvəl cüdoçuların qaydalara və tempə uyğunlaşmaq üçün vaxtı olur. Mübarizə əvvəlki illərlə müqayisədə nə dərəcədə dəyişib?

- Ümumilikdə, yeni qaydalara tez uyğunlaşdım. Dörd görüşdən ən azı ikisini məhz yeni qaydaların verdiyi imkanlardan istifadə edərək qazandım. Universiadaya qədər bərpa dövründə müxtəlif yaş qrupları üzrə – U-13, U-15, U-18 və U-21 kateqoriyalarında Moldova çempionatlarında hakimlik etdim. Bu da dəyişikliklərə uyğunlaşmağımda kömək etdi.

Ümumən, "yuko" qiymətinin bərpası sayəsində görüşlər daha tez başa çatır. Həmçinin qeyri-standart tutmaları daha uzun saxlamağa icazə verildiyi üçün döyüşlər dinamikləşib. İdmançılar indi fəndlərə daha çox hazırlaşa bilir, bu səbəbdən də "passivlik" üçün xəbərdarlıq daha az verilir.

- Siz tez-tez Hidayət Heydərov və Rəşid Məmmədəliyevlə müxtəlif turnirlərdə qarşılaşmısınız. Hansı görüş sizin üçün ən yadda qalan oldu?

- Desəm ki, ən acı məğlubiyyət Hidayətlə görüşdə idi, yanılmaram. Keçən il Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinalda təxminən yeddi dəqiqə döyüşdük və "qolden skor"da(Qızıl xal – red) uduzdum.

- Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Bu, sizə əlavə motivasiya verir?

- Əlbəttə ki, bəli. Ən əsas yarışın tarixi vətənimdə baş tutacaq olması mənə böyük motivasiya verir. Uğurlu çıxış etmək arzusu çox böyükdür.

- Siz hüquq ixtisası üzrə təhsil almısınız, hazırda beynəlxalq münasibətlər fakültəsində oxuyursunuz, həm də Moldova Azərbaycanlıları Konqresinin Şurasına daxilsiniz. Bəs idman karyerasından sonra nə ilə məşğul olmağı planlaşdırırsınız?

- Dəqiq qərar verməmişəm. Amma yəqin ki, beynəlxalq idman və ya biznes sahəsində fəaliyyət göstərəcəyəm.

- Ümumilikdə, yaxın illər üçün cüdo sahəsində qarşıya hansı məqsədləri qoymusunuz?

- Əsas məqsədim potensialımı maksimum dərəcədə ortaya qoymaqdır. Hələ Avropa və dünya çempionatlarının medallarını, eləcə də Olimpiya "qızılı"nı qazanmaq qismət olmayıb. Əlimdən gələni edəcəyəm, ondan sonrası isə artıq Allahın işidir.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Oxşar xəbərlər