top
Adaptiv Cüdo Layihəsi Avropa Cüdo Birliyinin Konfransında təqdim olunub İdman.biz
23 iyun 2024, 21:56
- ↺ +

Adaptiv Cüdo Layihəsi Avropa Cüdo Birliyinin Konfransında təqdim olunub

İyunun 22-də Xorvatiyanın Poreç şəhərində keçirilən VII Elmi və Peşəkar Konfrans çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil Meneceri Orxan Oruczadə Adaptiv Cüdo layihəsini təqdim edib.

İdman.biz xəbər verir ki, proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünə inamını artırmaq məqsədi daşıyır.

Təqdimat zamanı O. Oruczadə məşqçilər üçün beynəlxalq təcrübənin faydalarını vurğulayıb və onların bir neçə adaptiv cüdo təlimində iştirakları haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, azərbaycanlı məşqçilər Fransada keçirilən adaptiv cüdo üzrə təlim düşərgəsində və məşqçilik seminarında iştirak ediblər. Daha sonra onlar Xorvatiyada Velika Qoritsa şəhərində təşkil olunan "EJU Get Together" adaptiv cüdo turnirinə və Poreç şəhərindəki Adaptiv Cüdo düşərgəsinə qatılıblar. Bu beynəlxalq təcrübələr məşqçilərin adaptiv cüdo biliklərinin və bu sahədə bacarıqlarının artırılmasında mühüm rol oynayıb.

Layihənin əsas məqsədi bu uşaqların cüdo vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək və bütün uşaqlar arasında cüdonun əsas dəyərlərini təbliğ etməkdir. Oruczadə konfransda Azərbaycanda cüdonun get-gedə populyarlaşdığını diqqətə çatdırıb, yerli cüdo ictimaiyyətinin nümayəndələrinin bu istiqamətdə güclü dəstəyini qeyd edib.

Təqdimat iştirakçıların böyük marağına səbəb olub. Avropa Cüdo Birliyinin vitse-prezidenti və Təhsil Komissiyasının rəhbəri Sergey Aşvanden Azərbaycan Cüdo Federasiyasının bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O qeyd edib ki, ACF-nin adaptiv cüdo üzrə dərin biliklərə yiyələnməsi digər federasiyalar üçün müsbət nümunədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Oxşar xəbərlər