top
8 çəkidə qaliblər bəlli olub İdman.biz
23 oktyabr 2024, 22:24
- ↺ +

8 çəkidə qaliblər bəlli olub

Oktybarın 22-23-də Azərbaycan Cüdo Federasiyası və Təhsil Respublika İdman Mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə yeniyetmə oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olub.

"Zuğulba" tədris-idman bazasında baş tutan yarışda Bakıdan və regionlardan 12 idman təşkilatından olan 144 cüdoçu medallar uğrunda mübarizə aparıb. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, dünya və Olimpiya mükafatçısı Mövlud Mirəliyev, "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və məşqçi müəllimləri iştirak edib.

Yarış öncəsi cüdo üzrə açıq məşq keçirilib. Uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçiləri və yeniyetmə, gənc cüdoçuların iştirak etdiyi məşqdə, idmançıların yarışa hazırlığı, texnika və taktikanın təkmilləşdirilməsi müzakirə olunub, bəzi fəndlər əyani olaraq nümayiş etdirilib. Açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.

Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Bakı şəhəri 10 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb. 9 komanda müxtəlif əyarlı medal qazanıb.

Birinciliyin mükafatçıları
50 kq
1. Ceyhun Hüseynli
2. Kənan İbrahimov
3. Harun Soltanov
3. Fərid Xudiyev

55 kq
1. Ömər Allahverdiyev
2. Rahib İbrahimov
3. Əli Əlizadə
3. Röyal Dadaşov

60 kq
1. Ruslan Əsgərov
2. Sənan Piriyev
3. Yusif Əliyev
3. Zaməddin Bağırov

66 kq
1. Kənan Məmmədov
2. Xəyal Sərkərov
3. Yusif Abbasov
3. Məhəmməd Bağırov

73 kq
1. Yunis İbrahimzadə
2. Akif Məmmədli
3. Ayxan Həsənli
3. Elnur Sultan

81 kq
1. Ömər Axundov
2. Babək Sadıqov
3. İskəndər Abbasov
3. Nicat Qəhrəmanov

90 kq
1. Nurəddin Əliyev
2. Tamerlan Əliyev
3. Xalid İlyasov
3. Əmir Xəzriyev

+90 kq
1. Cavidan Məsimov
2. Tahir Əfəndiyev
3. Ömər Hacılı
3. İbrahim Seyidov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Oxşar xəbərlər