top
Tofiq Musayev UFC-dəki ilk qələbəsi, zədəsi və gələcək planları haqqında danışdı Idman.biz
02 aprel 2026, 12:50
- +

Tofiq Musayev UFC-dəki ilk qələbəsi, zədəsi və gələcək planları haqqında danışdı

"Növbəti görüş iyunda Bakıda olacaq. Hələ ki, rəqibin kimliyi bilinmir, danışıqlar davam edir".

Bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev report.az-a müsahibəsində deyib.

İdmançı Mütləq Döyüş Çempionatında (UFC) qazandığı ilk qələbəsindən danışıb. O, çilili İqnasio Bahamondeslə döyüşün çox çətin keçdiyini vurğulayıb. Tofiq Musayev bir neçə maraqlı məqama da aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik.

- ABŞ-nin Sietl şəhərində keçirilən döyüşdə UFC-də ilk qələbənizi qazandınız. Döyüşü necə şərh edərdiniz?

- Rəqib "Top-15"də yer alan idmançıdır. Onun daha əvvəl Rafael Fiziyevlə də görüşü olmuşdu. Nə rəqib, nə də mən uduzmağı düşünürdük. Bu döyüşdən əvvəl hər ikimiz məğlub olmuşduq. Biz burada qan tökməyə məcbur idik. UFC-nin baş direktoru Deyna Uaytın da dediyi kimi, belə döyüşlər az olur. Bu cür döyüşməyə məcbur idik.

- Döyüş zamanı ciddi zədə aldınız, əliniz sındı. Hazırda son durum necədir?

- Bəli, döyüş zamanı əlim sındı. Zədəmin bərpası zaman ala bilər. Lakin bu bir az da özümdən asılıdır. İstəyirəm tez sağalım və məşqlərə start verim. Növbəti görüş üçün səbirsizlənirəm.

- Növbəti rəqibiniz bilinir?

- Növbəti görüş iyunda Bakıda olacaq. Hələ ki, rəqibin kimliyi bilinmir, danışıqlar davam edir. Bu, bir az da zədənin durumundan asılı olacaq. Biz soğru göndərmişik. UFC məni hansı idmançıya rəqib etsə, onunla da döyüşəcəyəm.

- İqnasio Bahamondes sizinlə döyüşdən əvvəl Bakıda Azərbaycanın digər təmsilçisi Rafael Fiziyevə uduzmuşdu. Bu görüşlə bağlı Fiziyevdən nələrisə soruşmuşdunuz?

- Özümü heç bir idmançıdan zəif hesab etmirəm, gücüm yerindədir. Döyüş sayına görə də yetərincə təcrübəyə malikəm. Ona görə nəsə soruşmağa ehtiyac yoxdur. Üstəlik, hər idmançının özünün döyüş planı olur. Şükürlər olsun, döyüş plan üzrə getdi, hər şey qaydasında idi.

- İqnasio Bahamondeslə görüşünüz həm gecənin, həm də mart ayının ən yaxşı döyüşü seçilib. Bunu gözləyirdiniz?

- Açığı, bu cür qanlı mübarizələr hər vaxt olmur. Bəzi görüşlər nokautla tez bitir. Bizim duelimiz isə çox çətin və gərgin alındı. Çox sevinirəm ki, "Dəmir yumruğ"un gücünü UFC-də göstərdim. Həm Vətən müharibəsi iştirakçısı kimi, həm bir döyüşçü kimi sevinirəm, özümlə qürur duyuram. Azərbaycanlıların döyüş ruhunu, qələbə əzmini hər kəsə göstərdik.

- Bundan sonra UFC-dəki hədəfləriniz nədən ibarət olacaq?

- Təbii ki, məşqləri davam etdirmək və irəli getmək lazımdır. Yalnız bir amalımız var - qələbələr qazanmaq. "Top-10", "Top-5"də olan rəqiblərə qarşı döyüşə bilərəm və düşüncəm qalib gəlmək olacaq. Hər zaman özümü güclü idmançılara qarşı sınamaq istəyirəm, rəqibin mənim üçün fərqi yoxdur. UFC kimi təklif etsə, mən hazıram. Əsas odur ki, zədəm tez sağalsın. Zədəli olmasaydım, uzağı 10 gün sonra Las-Veqasa dönüb, növbəti döyüşümə hazırlaşacaqdım.

- Bu qələbədə Həbib Nurməhəmmədovun komandasında məşqlər keçməyinizin rolu oldu?

- Xeyr, mən bu döyüş üçün Həbib Nurməhəmmədovun komandasında məşq etməmişəm. Bu yarışa ABŞ-nin Las-Veqas şəhərində hazırlaşmışam. Sabiq UFC çempionu Rendi Kutyurun idman zalında məşqləri davam etdirmişəm. Mən yığmada Həbib Nurməhəmmədovun məşhur olmayan vaxtları toplanışda olmuşam. Uzun illərdir Həbibin komandasında toplanış keçmirəm. Onlarla çox yaxşı münasibətim var. Bildiriblər ki, hər cür dəstək göstərməyə hazırdırlar.

- Hazırkı gənclərdən Azərbaycanı UFC-də layiqincə təmsil etməyə namizədlər var?

- İstedadlı gənclər var. Lakin Asəf Çopurovun adını çəkə bilərəm. Hazırda Rusiyada yaşayır və UFC-də döyüşməyə əsas namizədlərdən hesab edilir. O, gənc və istedadlı idmançıdır. Funksional dözümlülüyü, xarakteri və döyüş üslubu ilə seçilir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

İtaliya klubu “Komo” “Fənərbağçalı” futbolçu ilə maraqlanır

Futbol
Bu gün, 19:43

Neymar Messi ilə dostluğu barədə danışdı

Qarabağ FK
Bu gün, 19:28

„Qarabağ“ Renaldo Sefas ilə 3 illik müqavilə bağlayıb

Futbol
Bu gün, 19:28

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsində Şotlandiyanı məğlub edib

Futbol
Bu gün, 19:12

Haker FIFA-nın saytına girdi

Futbol
Bu gün, 18:57

Vinisius Junior DÇ-2026-da Braziliya millisinin heyətində hər oyunda qol vurub

Futbol
Bu gün, 18:41

„Səbail“ Zeynəddin Abdurahmanovla müqavilə bağlayıb

Futbol
Bu gün, 18:29

Mançester Siti Elliot Andersonı transfer edə bilər

Futbol
Bu gün, 18:25

Xulian Alvaresin transferi uğrunda mübarizə

Futbol
Bu gün, 17:43

Messi və Ronaldo dörddəbir finalda qarşılaşma ehtimalı

Futbol
Bu gün, 17:39

Antonio Konte İtaliya millisinə baş məşqçi təyin olunacaq

Futbol
Bu gün, 17:00

Rəşad Abdullayev: “Bu oyunlarda aşkar favorit g"ost"erm"ek ""t"edir”

Futbol
Bu gün, 16:29

Neymarın oğlunun azarkeş səhvindən sonra təhlükəsizlik əməkdaşlarına müdaxiləsi

Futbol
Bu gün, 16:20

Vinisius Junior Ançelottidən hədiyyə gözləyir

Minifutbol
Bu gün, 16:00

Braziliyalı futbolçu Filipinyo "Küveyt" klubuna keçib

Futbol
Bu gün, 15:52

Şəhriyar Əliyev legioner həyatı yaşaya bilər

Futbol
Bu gün, 15:40

Cənubi Koreya milli komandası CAR yığmasına uduzub

Futbol
Bu gün, 15:23

"Səbail" futbol klubunda Rəşad Əzizli ilə yollar ayırıldı

Futbol
Bu gün, 15:20

Montella istefasını verməyəcəyini bildirdi

Futbol
Bu gün, 15:08

Araz-Naxçıvan futbolçusu dünya çempionatında Portuqaliya millisinə azarkeşlik edir

Futbol
Bu gün, 15:00

Neymar debütü ilə bağlı danışdı

Futbol
Bu gün, 14:40

Bosniyalı futbolçu Kerim Alaybeqoviç mundiallar tarixinə düşdü

Cüdo
Bu gün, 14:38

Hidayət Heydərovun yeni çəki dərəcəsi ilə bağlı məlumat

Futbol
Bu gün, 14:20

„Qəbələ“ Seydina Keyta ilə müqavilə uzadır

Oxşar xəbərlər