top
Samir Hüseynov: Azərbaycan boksçuları dünya çempionatına hazırdır - VİDEO Idman.biz
03 dekabr 2025, 12:54
- ↺ +

Samir Hüseynov: Azərbaycan boksçuları dünya çempionatına hazırdır - VİDEO

Millimizin boks üzrə dünya çempionatına hazırlığı tamamlanıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov qarşıdakı yarışla bağlı qurumun mətbuat xidmətinə açıqlama verib.

S.Hüseynovun sözlərinə görə, dekabr ayının əvvəlində Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Boks Assosiasiyası tərəfindən təşkil olunacaq dünya çempionatı üçün milli komanda tam hazır vəziyyətdədir.

"Komandamız Rafşan Xacayevin rəhbərliyi ilə fiziki və taktiki baxımdan yüksək səviyyədə hazırlıq keçib", - deyə o bildirib.

Qeyd olunub ki, millimiz daha əvvəl, sentyabr ayında Liverpulda "World Boxing" təşkilatının keçirdiyi dünya çempionatında müvəffəqiyyətlə çıxış edib. Bu dəfə də ciddi rəqabətin gözlənildiyi vurğulanır.

"Dubayda keçiriləcək dünya çempionatında artıq 120 ölkə iştirakını təsdiqləyib. Bundan əlavə, yüksək mükafat fondu müəyyən edilib - dünya çempionları üçün təxminən 300 min ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub. Buna görə də turnirdə kifayət qədər gərgin və çətin döyüşlərin olacağı gözlənilir", - S.Hüseynov qeyd edib.

O bildirib ki, gənc boksçularımız ilk dəfə dünya çempionatında iştirak edəcəklər və onların arasında 19-20 yaşlı idmançılar da var.

"Əsas məqsədimiz bu gənc idmançıların beynəlxalq arenada təcrübə qazanaraq özünəinamlarını artırmasıdır. Əminəm ki, onlardan da yaxşı nəticələr gözləmək mümkündür", - deyə o əlavə edib.

Sonda məlumat verilib ki, dünya çempionatı başa çatdıqdan sonra, yanvarda keçiriləcək respublika çempionatının ardınca, komanda Los Anceles Olimpiadasına hazırlıqlara xüsusi proqramla başlayacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər