top
Rus Model Türkiyədə Əyləncə Gecəsində Döyülüb: Türkiyənin Modeli Hücum Etdi Idman.biz
10 dekabr 2025, 15:27
- ↺ +

Rus Model Türkiyədə Əyləncə Gecəsində Döyülüb: "Türkiyənin Modeli" Hücum Etdi

Türkiyənin İstanbul şəhərində nüfuzlu iş adamı Adnan Dalğakıranın ad günü gecəsində böyük qalmaqal yaşanıb. Hadisə zamanı rusiyalı modelin döyüldüyü bildirilir.

İdman.Biz xəbər verir ki, Rusiyanın Stavropol şəhərindən olan 25 yaşlı model Mariya Buqakova sosial şəbəkə vasitəsilə tanış olduğu bir kişi tərəfindən 63 yaşlı biznesmen Dalğakıranın evində keçirilən ad günü məclisinə dəvət olunub. Adnan Dalğakıran Türkiyə İxracatçılar Assambleyasının rəhbərliyində təmsil olunur, İstanbul Sənaye Palatasının sədr müavinidir və bir neçə digər yüksək vəzifə daşıyır.

Mariya Buqakova bildirib ki, gecə zamanı biznesmen ona maraq göstərib, diqqət ayırıb. Lakin həmin vaxt Adnanın ətrafında başqa bir qadın - 2022-ci ilin "Türkiyənin və dünyanın ən yaxşı modeli" seçilmiş Büşra Karakaş da olub. O həmçinin Türkiyənin kikboks yığmasının üzvüdür.

Rusiyalı qızın sözlərinə görə, o və onu məclisə gətirən kişi bağa keçərək tək qalmaq istəyəndə, Büşra Karakaş qışqıraraq onların üstünə hücum edib. O, Mariya Buqakovanı saçlarından tutub sürükləyib, nəticədə qız yıxılaraq başından ağır zədə alıb. Modellin iddiasına görə, biznesmen Adnan Dalğakıran hadisəni kənardan izləyib və müdaxilə etməyib. Sonradan məlum olub ki, hücum edən qadın Dalğakıranın "hərəmində" olan sevgililərindən biridir.

Mariya Buqakova hadisə yerindən qaçaraq çıxmağı bacarıb. Sonrakı günlərdə onu baş ağrısı, ürəkbulanma və qusma narahat edib. O, Adnan Dalqakıran və Büşra Karakaşın məsuliyyətə cəlb edilməsi üçün Türkiyə prokurorluğuna rəsmi ərizə yazıb. Rus model hadisənin əvvəlcədən planlaşdırıldığını düşünür.

Adnan Dalqakıran 25 ildən artıqdır ki, beynəlxalq sənaye holdinqinə rəhbərlik edir. Onun şirkəti Avropada hava kompressorları istehsalında ilk beşlikdə yer alır. Biznesmen daha əvvəl dəfələrlə Rusiyada universitetlərdə çıxış edib və ölkədə şirkət filiallarına sahib olub.

Qeyd edək ki, bir müddət bundan öncə azərbaycanlı kikboksçu Tülin Ələkbərova da əyləncə mərkəzlərinin birində sərxoş halda qadına hücum edərək ona yumruq və təpik zərbələri endirib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Futbol
Bu gün, 12:40

Sabah müdafiəçisi Timoteuş Puxaç Barselona qolkiperi Voysex Şesnı ilə görüşdü

Futbol
Bu gün, 12:29

"L'Équipe" Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: "Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm"

Futbol
Bu gün, 12:20

Yorunun

Voleybol
Bu gün, 12:14

«Turan» Çempionlar Liqasındakı ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək

Futbol
Bu gün, 12:09

"Beşiktaş" "Hapoel"lə matça cəzalı Ümit Akdağsız çıxacaq

Futbol
Bu gün, 12:06

Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı

Tennis
Bu gün, 12:02

Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən imtina etdiyinə görə 4 il cəzalana bilər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Qarabağ FK
Bu gün, 11:40

“Qarabağ”ın bazar dəyəri son beş ildə kəskin düşməyib, yalnız 25,83 milyon avro göstəricisi kifayət deyil

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Qarabağ FK
Bu gün, 11:18

Qarabağın yamaykası Renaldo Sefas klubdan ayrılmaq istəyi ilə gözlənilməz ayrılıq riski daşıyır

Oxşar xəbərlər