top
Rafael Fiziyevin UFC-yə Qayıdış Tarixi Açıqlandı: Gələn İl Gözlənilir Idman.biz
21 oktyabr 2025, 12:56
- ↺ +

Rafael Fiziyevin UFC-yə Qayıdış Tarixi Açıqlandı: Gələn İl Gözlənilir

Qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdə Azərbaycanı təmsil edən Rafael Fiziyevin UFC-yə qayıdacağı tarix bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə azərbaycanlı döyüşçünün meneceri Sayat Abdurəhmanov "Uşatayka" "YouTube" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Fiziyev zədədən sonra reabilitasiya dövrü keçir və onun növbəti döyüşü gələn ilin əvvəlində baş tuta bilər:

"Bu, Rafel üçün çox yaxşı hekayə ola bilərdi. O, reytinqlərdə irəliləyə, Braziliyada Oliveyraya qarşı əsas döyüşdə qalib gələrək tarixi bir nəticə qazana bilərdi. Təəssüf ki, zədə aldı. Döyüşdən imtina qərarı düzgün idi, əks halda zədə daha da ağırlaşardı və o, uzun müddət sıradan çıxardı. İndi reabilitasiya mərhələsindədir və biz ümid edirik ki, gələn ilin əvvəlində döyüşə biləcək. Əlbəttə, belə döyüşdən kənarda qalmaq istəmirdik, amma qərar tamamilə doğru idi".

Menecer həmçinin Fiziyevin növbəti rəqibi barədə də fikirlərini bölüşüb:

"UFC-də belə bir siyasət var - reytinqlər o qədər də böyük rol oynamır. Biz istənilən səviyyəli döyüşlə maraqlanırıq. Əgər qarşılaşma ilin ən yaxşı döyüşü adına layiq ola biləcəksə, bu, Rafel üçün əla variantdır. Gözəl qələbələr və təsirli finişlər onu irəli aparacaq. Fiziyevin özü üçün fərqi yoxdur - rəqib ondan reytinqdə yuxarıdır, ya da aşağıda. O, hər kəslə döyüşməyə hazırdır.

Görünür, növbəti rəqib Oliveyra səviyyəsində biri olmayacaq. Məsələn, Bakıda İqnasio Baxamondesə qarşı döyüş çox maraqlı alınmışdı, baxmayaraq ki, çilili idmançı reytinqdə yox idi. Amma o qələbə Rafaya Oliveyra ilə əsas döyüşə çıxmaq imkanı verdi. Əgər növbəti qarşılaşma da Baxamondeslə döyüş kimi maraqlı olsa, biz buna qarşı deyilik. Qələbə qazansa, həm Oliveyra, həm də Meks Hollouey kimi döyüşçülərlə qarşılaşmaq imkanı yarana bilər".

Xatırladaq ki, Rafael Fiziyev oktyabrın 11 -də Rio-de-Janeyroda keçiriləcək UFC turnirində Çarlz Oliveyra ilə qarşılaşmalı idi. Lakin dizindən aldığı zədə səbəbindən döyüşü təxirə salmalı oldu. Onu polşalı Mateuş Qamrot əvəzlədi, lakin o, braziliyalı rəqibinə uduzdu. Fiziyevin meneceri hesab edir ki, əgər döyüş Rafael ilə Oliveyra arasında baş tutsaydı, nəticə tam fərqli olardı.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Oxşar xəbərlər