top
Rafael Fiziyevdən Nazim Sadıxova zarafat: İzləyicilər onun səhifəsindən mənimkinə keçsin Idman.biz
12 noyabr 2025, 17:56
- ↺ +

Rafael Fiziyevdən Nazim Sadıxova zarafat: "İzləyicilər onun səhifəsindən mənimkinə keçsin"

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov("Qara qurd" - red) həmkarı və həmvətəni Rafael Fiziyevin zarafatının hədəfinə çevrilib.

İdman.Biz xəbər verir ki, hər iki azərbaycanlı idmançı hazırda Las-Veqasdadı və onlar sosial şəbəkələrdə birgə canlı yayıma çıxıblar.

Yayım zamanı Fiziyev Sadıxova sual verib: "De görüm, sən nə üçün döyüşürsən?"

N. Sadıxov bu sualı zarafatla belə cavablandırıb:

"Mən sosial şəbəkələrdə izləyici qazanmaq üçün döyüşürəm. Amma heç kim məni izləmək istəmir. UFC-də gecənin ən yaxşı döyüşlərində iştirak edib bonuslar qazanıram, amma izləyicilərimin sayı artmır."

Buna cavab olaraq Fiziev gülümsəyərək deyib:

"Bu oğlanın bütün amerikalı izləyiciləri, keçin mənim səhifəmə!"

Karyerası ərzində Nazim Sadıxov üç dəfə "Gecənin döyüşü", bir dəfə isə "Gecənin çıxışı" bonusu qazanıb. Rafael Fizievin hesabında isə dörd "Gecənin döyüşü" və üç "Gecənin çıxışı" mükafatı var.

R. Fiziyev son döyüşünü iyun ayında Bakıda keçirilən UFC turnirinin əsas qarşılaşmalarından birində çilili İqnasio Baxamondesə qarşı keçirib və qalib gəlib. Eyni turnirdə Sadıxov da braziliyalı Nikolos Mota üzərində qələbə qazanaraq UFC-dən bonus əldə edib.

Nazim Sadıxov növbəti döyüşünü 6 dekabrda Las-Veqasda baş tutacaq "UFC 323" turnirində fransalı Farez Ziama qarşı keçirəcək. Rafael Fiziyev isə hazırda dizindən aldığı zədədən bərpa olunur və onun rinqə qayıdışı gələn ilin əvvəlində gözlənilir.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Barselona klubunun prezidenti Bakıda əyləndi - VİDEO

Futbol
Bu gün, 13:34

Litvaniyanın xarici işlər naziri Budris: Bu gün “Sabah”–“Barselona” matçını Bakıda izləyəcəyəm

Qarabağ FK
Bu gün, 13:26

“Qarabağ–Sumqayıt” oyununun biletləri 3 manata

Minifutbol
Bu gün, 13:23

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin rəqəmlərlə icmalı

Futbol
Bu gün, 13:14

Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb;

Qarabağ FK
Bu gün, 13:14

Ukrayna klubları "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun maaş şərtlərini qarşılamaqdaca gücsüzdür

Futbol
Bu gün, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb;

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Futbol
Bu gün, 12:40

Sabah müdafiəçisi Timoteuş Puxaç Barselona qolkiperi Voysex Şesnı ilə görüşdü

Futbol
Bu gün, 12:29

"L'Équipe" Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: "Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm"

Futbol
Bu gün, 12:20

Yorunun

Voleybol
Bu gün, 12:14

«Turan» Çempionlar Liqasındakı ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək

Futbol
Bu gün, 12:09

"Beşiktaş" "Hapoel"lə matça cəzalı Ümit Akdağsız çıxacaq

Futbol
Bu gün, 12:06

Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı

Tennis
Bu gün, 12:02

Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən imtina etdiyinə görə 4 il cəzalana bilər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Oxşar xəbərlər