top
MDB Oyunları: Azərbaycan boksçularının yarımfinaldakı sayı 24-ə yüksəldi Report.az
01 oktyabr 2025, 19:19
- +

MDB Oyunları: Azərbaycan boksçularının yarımfinaldakı sayı 24-ə yüksəldi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında 1/4 final mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Əli Əliyev (48 kq) 1/4 finalda Muhammedali Kanibekovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Baltin Korqanbeklə (Qazaxıstan) üz-üzə gələcək.

Əflatun İsmiyev (57 kq) Artyom Pançenkadan (Belarus) güclü olub. O, rinqdən 4:1 (29:28, 29:28, 29:28, 30:27, 27:30) hesablı qələbə ilə ayrılıb. İsmiyev finala gedən yolda Akbarjon Abdulloyevlə (Tacikistan) döyüşəcək.

Eyni çəki dərəcəsində Raul Heydərli də Oyunlara qələbə ilə başlayıb. Boksçumuz Ulas Alimjanı (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). O, yarımfinalda Bobomurod Boymirzayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Toğrul Quliyev (60 kq) Muhammedemin Beqenjovla (Türkmənistan) dueldən qalib ayrılıb. O, üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. Quliyev yarımfinalda Otabek Nurmahamadovu (Özbəkistan) sınağa çəkəcək.

Şahin Aslanov (60 kq) MDB Oyunlarının 1/4 finalında Yusuf Qurbonova (Tacikistan) gücünü göstərib. 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz yarımfinalda Dmitri Klyuşnikovla (Rusiya) qüvvəsini sınayacaq.

Əli Abaslı (52 kq) isə yarımfinal yolunda Xudaverdi Abidjanovu (Qırğızıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27). Boksçumuz növbəti görüşünü Xangeldi Lukmanova (Türkmənistan) qarşı keçirəcək.

Beləliklə, MDB Oyunlarının yarımfinalında mübarizə aparacaq Azərbaycan boksçularının sayı 24-ə yüksəlib. Onlardan 14-ü oğlanların, 10-u qızların yarışında rinqə çıxacaqlar. Bu idmançılar, həmçinin özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, qız boksçuların yarımfinal döyüşləri oktyabrın 2-də, oğlanların mübarizəsi ertəsi gün olacaq.

III MDB Oyunları boks
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:09

Kəpəz – Şamaxı qarşılaşması üçün 10 mindən çox bilet satılıb

Futbol
Bu gün, 14:20

"Xankəndi" Musa Musazadəni heyətinə qatdı

Futbol
Bu gün, 14:11

Renat Dadaşov Ukraynanın Bukovina klubuna keçdi

Futbol
Bu gün, 13:50

Qalatasaray'ın forma sponsorluq gəliri 68 milyon avroya çatdı

Futbol
Bu gün, 13:41

Neymar Santos klubunun stadion örtüyünü sərt tənqid etdi

Futbol
Bu gün, 13:40

Kəpəz “Şamaxı” ilə Gəncədə ev oyununa çıxır

Futbol
Bu gün, 13:25

Belaruslu qapıçı Andrey Sinenko Azərbaycan Premyer Liqasının keyfiyyətini yüksək qiymətləndirib

Futbol
Bu gün, 13:20

Kenan Piriçin Neftçidən ayrıldı, Latviya klubuna transfer oldu

Digər
Bu gün, 13:18

Boccia Dünya Çempionatının bürünc medalçısı Sona Ağayeva ilə görüş keçirildi

Cüdo
Bu gün, 13:12

4 sentyabr – Beynəlxalq Taekvondo Gününün önəmi və Azərbaycan uğurları

Futbol
Bu gün, 13:01

Napoli Skott Maktominey yeni müqavilə üçün 7 milyon avroya maaş istəyi

Futbol
Bu gün, 13:00

Gəncəbasar – Şimal, Mingəçevir – Zaqatala qarşılaşmaları I Liqasında

Cüdo
Bu gün, 12:59

Sabir Zeynalov Muju Qran-prisində qızıl medal qazandı

Futbol
Bu gün, 12:51

17 yaşlı Azərbaycanlı müdafiəçi Can Hacıyev “Qalatasaray”a iki illik müqavilə imzaladı

Futbol
Bu gün, 12:46

“Fənərbağça” klubuna UEFA‑nın cəzaları: oyunçulara üç oyun diskvalifikasiyası, klubda azarkeşsiz matç riski

Futbol
Bu gün, 12:40

Roma azad agent bazarında Zaha və Krepin Diatta üçün maraq göstərir

Cüdo
Bu gün, 12:39

Mehdi Abbasov və Cəsur İbadlı Avropa gənclər çempionatının 1/8 finalına yüksəldilər

Olimpiada
Bu gün, 12:31

Bakıda avarçəkmə slalomunun inkişafı üçün yeni arena tikilir

Futbol
Bu gün, 12:21

Mourinho’nun sükunətinə inanılmır: İşlər pisləşəndə hər şey dağılacaq

Cüdo
Bu gün, 12:20

Üç azərbaycanlı gənc cüdoçu Avropa çempionatının ikinci günündə tatama çıxır

Futbol
Bu gün, 12:12

Birinci Liqada ilk turun oyunları bu gün başa çatacaq

Futbol
Bu gün, 12:03

Liverpul 200 milyon funt xərclədi, lakin kadr balansı problemi qalır

Basketbol
Bu gün, 12:00

Qadın basketbol milli komandasının baş məşqçisi Evren Alkaya ilə yollar ayrıldı

Futbol
Bu gün, 11:52

“Xankəndi” futbol klubu Musa Musazadəni heyətinə qatıb

Oxşar xəbərlər