Rusiyalı promouter Kamil Hacıyev hesab edir ki, xorvatiyalı qarışıq döyüş ustası Mirko "Kro Kop" Filipoviç rusiyalı Fyodor Yemelyanenko ilə qarşılaşmadan ən azı 1 milyon dollar qazanacaq.
Bu barədə İdman.Biz MMA.Metaratings.ru saytı istinadən məlumat verir.
"Kro Kop və Yemelyanenko arasında döyüş özlüyündə bir brenddir və brend üçün pul ödənilməlidir. Düşünürəm ki, Kro Kop ən azı 1 milyon dollar qazanacaq", - Hacıyev deyib.
Xatırladaq ki, Filipoviç artıq rinqdə Yemelyanenko ilə qarşılaşıb. Onların döyüşü 2005-ci ildə keçirilən "Pride" turnirində baş tutub və rusiyalı idmançının yekdil qərarla qələbəsi ilə nəticələnib.