Döyüş sənətləri ustası və aktyor Keri-Hiroyuki Taqava vəfat edib
İdman.Biz xəbər verir ki, məşhur aktyor və döyüş sənətləri ustası Keri-Hiroyuki Taqava 75 yaşında Santa-Barbarada insultdan sonra dünyasını dəyişib.
K.Taqava "Mortal Kombat" filmindəki Şan Tsunq rolu ilə tanınırdı. O, illərlə karate və aikido ilə məşğul olmuş, fiziki hazırlığı sayəsində döyüş səhnələrində xüsusi diqqət çəkirdi.