top
III MDB Oyunları: Azərbaycan boksçuları medalların sayında və əyarında rekordlar qırdılar - YENİLƏNİB + FOTO Idman.biz
04 oktyabr 2025, 19:38
- +

III MDB Oyunları: Azərbaycan boksçuları medalların sayında və əyarında rekordlar qırdılar - YENİLƏNİB + FOTO

Xəbər verildiyi kimi, qadın boksçumuz Gülər Hüseynova (48 kq) MDB Oyunlarının qalibi olub.

İdman.biz ABF-yə istinadən bildirir ki, onun nailiyyəti MDB Oyunlarında Azərbaycan boks tarixinə ilk qızıl medal kimi düşüb.

Ümumi nəticədə bir qızıl, beş gümüş və dörd bürünc mükafat əldə edən boksçularımız MDB Oyunlarında həm medalların əyarında, həm də sayında yeni rekord müəyyənləşdiriblər.

17:05

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qız boksçuların mübarizəsinə yekun vurulub.

İdman.biz bildirir ki, millimiz Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub.

Baş məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Gülər Hüseynova (48 kq) Oyunların qalibi adına yiyələnib. O, bu gün keçirilən final döyüşündə Darya Qavrinanı (Rusiya) məğlub edib. Rəqibinə 4:1 (29:28, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələn boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

III MDB Oyunlarında digər boksçularımızdan Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) gümüş, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq) və Səma Abbasova (66 kq) MDB Oyunlarında bürünc medal qazanıblar.

Nəticədə bokçularımız bir qızıl, beş gümüş və dörd bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, yarışın son günündə – oktyabrın 5-də isə oğlan boksçularımız final döyüşünə çıxacaqlar.

Artıq aktivində 9 bürünc medal olan bu komanda 5 çəkidə final qarşılaşmasında qızıl medal uğrunda mübarizə aparacaq.

15:18

Azərbaycanın iki boksçusu III MDB Oyunlarında medal qazanıb.

İdman.biz xəbər verir ki, Gülər Hüseynova (48 kq) bütün rəqiblərinə qalib gəlib və qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Aysel Fərəcova (46 kq) yalnız finalda uduzduğu üçün gümüş medalla kifayətlənib.

14:25

MDB Oyunlarında qızlar arasında boks yarışlarının final mərhələsi başlayıb.

İdman.biz xəbər verir ki, Aysel Fərəcova 46 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Viktoriya Klimova ilə qarşılaşıb.

Gərgin keçən görüşdə idmançımız rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub.

10:15

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri keçiriləcək.

İdman.biz xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxacaq.

Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, daha əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqəyya Azərpur (57 kiloqram) və Səma Abbasova isə (66 kiloqram) yarımfinalda məğlub olduqları üçün bürünc medalla kifayətləniblər.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:09

"Arsenal" Edeqoru 87 milyon avroya satmaq istəyir

Şahmat
Bu gün, 02:18

FIDE prezidenti Arkadi Dvorkoviç istefa verib

Futbol
Bu gün, 01:52

Liverpul Vinisiusu azad agent kimi transfer etməyi düşünür

Futbol
Bu gün, 01:36

De la Fuente Argentina oyunçularının davranışlarına reaksiya verdi: “Qəbuledilməzdir”

Futbol
Bu gün, 01:15

Murad Məmmədovun komandası Avropa Liqasında məğlub olub

Voleybol
Bu gün, 01:01

Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Güləş
Bu gün, 00:49

Asəf Çopurov UAE Warriors çempionluq kəmərini uğurla müdafiə edib

Futbol
Bu gün, 00:38

Karvan-Yevlax" İbrahim Qədirzadə ilə müqaviləsini başa vurub

Futbol
Bu gün, 00:17

Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib

Minifutbol
Dünən, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Dünən, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Dünən, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Dünən, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Dünən, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Dünən, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Dünən, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Dünən, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Dünən, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Dünən, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Dünən, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Dünən, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Dünən, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Dünən, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Dünən, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Oxşar xəbərlər