top
Bakıda Grand Prix beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib Idman.biz
10 aprel 2026, 22:18
- +

Bakıda "Grand Prix" beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən "Grand Prix" beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.

İdman.Biz bildirir ki, açılış mərasimi Bakı şəhərində yerləşən "Sərhədçi" İdman Mərkəzində yüksək təşkilatçılıq səviyyəsində keçirilib.

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir ki, bu da turnirin beynəlxalq miqyasını və rəqabət səviyyəsini bir daha nümayiş etdirir.

Mərasim iştirakçı komandaların musiqi sədaları altında arenaya daxil olması ilə başlayıb. Daha sonra yarışın baş hakimi tərəfindən Azərbaycan Karate Federasiyasının prezidentinə raport təqdim olunub. Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, 8-ci Dan qara kəmər ustası və millət vəkili Ülvi Quliyev turnirin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, belə beynəlxalq yarışlar ölkəmizdə idmanın inkişafına, idmançılar arasında təcrübə mübadiləsinə və Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbirdə həmçinin Gənclər Yaponiyanın Azərbaycandakı səfiri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlardan sonra qonaqlara Azərbaycan Karate Federasiyası tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim olunub.

Açılış mərasiminin bədii hissəsində milli və müasir rəqs nömrələri, eləcə də Azərbaycan Karate Federasiyasının yeniyetmələrdən ibarət komandasının kata üzrə nümunəvi çıxışı nümayiş etdirilib.

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib. Təltifetmə mərasimlərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və beynəlxalq qonaqlar iştirak ediblər. Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

"Grand Prix" beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər