top
Bakıda 28 May – Respublika Günü ilə əlaqədar karate seminarı keçirilib Report.az
29 may 2025, 12:51
- ↺ +

Bakıda 28 May – Respublika Günü ilə əlaqədar karate seminarı keçirilib

Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və "KWU-WFKF" birliyinin təşkilatçılığı ilə Bakıda 28 May – Respublika Günü münasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı təşkil olunub.

AKF-dən "Report"a verilən məlumata görə, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi qatılıb.

Seminar Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidləriin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev iştirakçıları salamlayıb karateçilərə uğurlar arzulayıb. Ardınca çıxış edən AKF-in baş katibi və "KWU-WFKF" birliyinin sədri Qabil Sayadov tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qazaxıstan karateçilərinin də qatıldığı seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.

Qeyd edək ki, tədbirin sonunda 100-ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib. Belə tədbirlərin gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəyi və ölkə üzrə karatenin bütün üslublarının inkişafına hərtərəfli dəstək göstəriləcəyi bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:48

Estudiantes, Palmeyrası məğlub edərək Libertadores kubokunu qazandı

Güləş
Bu gün, 11:41

Kanada, Rusiya idmançılarının neytral statusda iştirakına icazə verməsi səbəbindən iki beynəlxalq su idmanı turnirindən məhrum edildi

Futbol
Bu gün, 11:35

"İnter" baş məşqçisi Kivu: "Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır"

Futbol
Bu gün, 11:30

Joao Feliks "Əl-Nəsr"dən Avropaya qayıtmaq istəyir

Futbol
Bu gün, 11:29

Azərbaycanın U-19 qadın futbol millisi Avropa çempionatı seçməsində Şimali Makedoniya ilə qarşılaşacaq

Cüdo
Bu gün, 11:25

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyadakı üçhəftəlik toplanışını başa vurub

Futbol
Bu gün, 11:22

"PSJ evdə Lorianı 2:0 məğlub edərək liderliyini qorudu"

Futbol
Bu gün, 11:21

Atletiko Ademola Lukman transferi üçün təklifləri nəzərdən keçirir

Futbol
Bu gün, 11:13

Polşa jurnalisti Levandovskinin Çikaqo Fayrdakı çıxışını uğursuz hesab edib

Futbol
Bu gün, 11:12

"Bavariya" rəsmisi Musialanın zədəsi haqqında: "Bu, insan faciəsidir"

Boks
Bu gün, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Qarabağ FK
Bu gün, 10:42

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Oxşar xəbərlər