top
Asəf Çopurov: Döyüş zamanı Həbiblə təbəssüm etdim, çünki hər şeyə nəzarət edirdim Idman.biz
24 oktyabr 2025, 18:10
- ↺ +

Asəf Çopurov: Döyüş zamanı Həbiblə təbəssüm etdim, çünki hər şeyə nəzarət edirdim

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) ustası Asəf Çopurov etiraf edib ki, Əbu-Dabidə keçirilən "UAE Warriors" turnirində çempionluq kəməri uğrunda döyüşdə qələbə ona o qədər asan başa gəlib ki, hətta qarşılaşma zamanı Həbib Nurməhəmmədovla bir-birinə təbəssüm də etməyə fürsət tapıb.

İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi Əbu-Dabidə keçirilən "UAE Warriors" turnirində yüngül çəki dərəcəsində titul döyüşündə Cənubi Afrikalı döyüşçü Demarte Penyaya qarşı inamlı qələbə qazanıb.

"Bizim planımız onu təzyiq altında saxlamaq və bütün raundlar boyu üstünlük nümayiş etdirmək idi. Hər şey planlaşdırdığımız kimi alındı. Üçüncü raund başa çatdıqdan sonra – hansı ki, sonuncu oldu – özüm də təəccübləndim ki, heç yorğunluq hiss etmədim. Döyüş zamanı hətta Həbib Nurməhəmmədovla bir-birimizə təbəssüm də etdik. Yəqin ki, bu, hər şeyi tam nəzarətimdə saxladığım yeganə döyüş idi", - Çopurov "Vestnik MMA" "YouTube" kanalına müsahibəsində deyib.

O, həmçinin Həbib Nurməhəmmədovla aralarında yaşananların nədən ibarət olduğunu da açıqlayıb.

"Gülümsədim və ona göz vurdum, o isə əl çalaraq qarşılıq verdi. Düşünürəm ki, yadında qaldım" - döyüşçü qeyd edib.

Qeyd etmək lazımdır ki, titul döyüşündə beş raund planlaşdırılmışdı, lakin Cənubi Afrikalı döyüşçü üçüncü raunddan sonra mübarizəni davam etdirməkdən imtina edib.

"Bir epizodda o, məni ayaq zərbəsi ilə bədənə vurmaq istədi, amma mən həmin zərbəni dirsəklə çox sərt qaytardım. Bundan sonra onun addımı da ləngidi, tempi də azaldı, həm də dözümlülük baxımından onu üstələdim. Hesab edirəm ki, hansısa anda ruhdan düşdü, çünki raundlar arasında o, küncdə otururdu, mən isə ayaq üstə dayanmışdım, gəzir, dostlarımla danışır, hətta onları sakitləşdirməyə də vaxt tapırdım. Beləcə, hər şey əla keçdi", - Çopurov bildirib.

Azərbaycanlı döyüşçü həmçinin UFC-yə keçid perspektivlərindən də danışıb.

"Çox ümid edirəm ki, menecerim Rubi (döyüşçünün meneceri Daniel Rubenşteyn – red.) nəhayət işə başlayacaq. Allah qoysa, bəlkə gələn il ora düşərəm, bəlkə də bu il, qısa müddətli xəbərdarlıqla (yəni döyüş iştirakçılarından biri son anda iştirak edə bilmədikdə – red.) ora çıxmaq imkanım olar. Mən hər zaman hazır oluram, qarşıda döyüş olsun, ya olmasın, fərq etmir - daim məşq edirəm. Sadəcə, bu prosesin özündən zövq alıram" - Çopurov vurğulayıb.

Bu arada döyüşçü etiraf edib ki, döyüşdən sonra özünü o qədər yaxşı hiss edir ki, artıq bu həftəsonu Əbu-Dabidə keçiriləcək "UFC 321" turnirində döyüşə çıxmağa və hər hansı bir idmançını əvəzləməyə hazırdır.

"Əgər hansısa döyüşçü zədələnərsə, mən onu əvəz etməyə hazıram. Məsələn, əgər Mario Bautista döyüşdən kənar qalsa, mən Umar Nurməhəmmədova qarşı çıxmağa hazıram. Kimlə döyüşəcəyim fərq etməz, mən hər an vuruşmağa hazıram", - Çopurov bildirib.

İdmançımız həmçinin etiraf edib ki, amerikalı PFL təşkilatı onunla müqavilə imzalamaq üçün UFC-dən üç dəfə çox məbləğ təklif edib.

"Mən pulun dalınca qaçmıram, çünki mənim bir arzum, bir məqsədim var və ona doğru gedirəm. Pul isə zamanla mütləq gələcək", - Çopurov əlavə edib.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Futbol
Bu gün, 09:17

PSJ, Kvaratskhelianın zədəsindən sonra uzunmüddətli müqavilə uzadılmasını planlayır

Futbol
Bu gün, 09:00

Qəbələ və Neftçi'nin sabiq baş məşqçisi Roman Qriqorcuuk Ukraynada 200-ci oyunu oynayan 14-cü məşqçi oldu

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Oxşar xəbərlər