Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.
İdman.Biz xəbər verir ki, "Quba" evdə "Sumqayıt"la üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 117:116.
Günün son matçı "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" və "Ordu" klubları arasında baş tutacaq.
Qeyd edək ki, 18-ci tura martın 8-də yekun vurulacaq.