top
Şəhriyar Əsgərov: “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur” Idman.biz
29 aprel 2026, 13:30
- ↺ +

Şəhriyar Əsgərov: “Neftçi”nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur”

"Mövsüm bir qədər gərgin keçdi".

Bu sözləri "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Mütəxəssis komandasının cari mövsümdə Azərbaycan Basketbol Liqasında çıxışını dəyərləndirib.

"Ümumilikdə götürsək, ötənilki mövsümlə müqayisədə komandalar daha keyfiyyətli oyun nümayiş etdirməyə başlamışdılar. A qrupunda ilk iki yerin sahibi əvvəlcədən məlum idi — "Sabah" və "Abşeron Lions". Digər klublardan "Gəncə" və "Neftçi" daha üstün görünürdü. Sonuncu yerlərdə qərarlaşan NTD və "Şəki" isə demək olar ki, mövsüm boyu qələbə qazana bilməsələr də, B qrupundakı bəzi komandalardan daha güclü olduqlarını göstərirdilər. Bu da pley-in mərhələsində özünü göstərdi.

Rəhbərlik etdiyim "Quba" komandası isə bir sıra uğursuzluqlarla üzləşdi. Mövsümün ortasında hücumçu oyunçumuz komandadan ayrıldı və biz legionerlərlə mübarizə aparmağa məcbur qaldıq. Müntəzəm mövsümün son oyununda "Naxçıvan"a 1 xal fərqi ilə məğlub olmağımız bizi geri saldı. Əks halda, pley-ində məhz həmin rəqiblə qarşılaşacaqdıq.

"Şəki"yə qarşı oyunda isə demək olar ki, heç bir şansımız yox idi. Onlar yeddi legionerlə çıxış edirdilər, bizdə isə cəmi dörd legioner var idi.

Pley-off mərhələsinə gəldikdə, düşünürəm ki, komandalar layiqli oyun nümayiş etdirdilər. Amma "Ordu"dan daha yaxşı performans gözləyirdim — ən azından yarımfinala yüksəlmələrini istərdim. Düşünürəm ki, növbəti mövsümdə daha yaxşı çıxış edəcəklər", - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.

Əsgərov finalda "Sabah" komandasının favorit olduğunu vurğulayıb:

"Hesab edirəm ki, layiqli komandalar bu mərhələyə yüksəldi. Bununla belə, məncə, "Neftçi"nin də şansı var idi. "Abşeron Lions"la oyunda komanda zədə problemi yaşamasaydı, seriyanı üçüncü oyuna qədər uzada bilərdi. Bu qarşılaşma digər yarımfinaldan daha gərgin keçdi. "Neftçi"nin finala çıxa bilməməsi bir qədər təəssüf doğurur, çünki komanda yaxşı heyətə malikdir.

Digər tərəfdən, finalda layiqli komandalar qarşılaşacaq. Mən üstün tərəf kimi "Sabah"ı görürəm. Amma "Abşeron Lions" da xüsusilə Frezerlə birlikdə nələrsə edə bilər. Bir sözlə, "Sabah" favorit görünsə də, Erhan Tokerin komandasının da deyəcək sözü var. Ümid edirəm ki, final seriyasında beş oyun izləyə biləcəyik".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final seriyasında ilk qarşılaşmada "Sabah" bu axşam "Abşeron Lions"u qəbul edəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç Bakı İdman Sarayında baş tutacaq. 3 qələbəyə ilk çatan komanda 2025/26 mövsümünün çempionu olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər