"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda "Abşeron Lions"u məğlub edib.
Qarşılaşma 112:84 hesabı ilə bitib.
Qeyd edək ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
11:22
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Sabah" və "Abşeron Lions" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüşdə "Sabah" qalib gəlib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.