top
Gəncənin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı Idman.biz
Bu gün, 13:29
- ↺ +

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

"Gəncə" ilə mövsümün əvvəlində komandadan ayrıldıqdan sonra əlaqə saxladıq. Rəhbərliklə görüşərək komandanı necə daha yaxşı vəziyyətə gətirə biləcəyimizi, daha yaxşı nəticələr üçün nə etməli olduğumuzu müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir birliyinə gəldik və beləliklə, birlikdə çalışmağa başladıq".

Bu sözləri "Gəncə" basketbol komandasının türkiyəli yeni baş məşqçisi Murad Dikmen deyib.

Mütəxəssis mövsüm üçün hədəflərindən və heyətdə mümkün dəyişikliklərdən danışıb.

"İlk növbədə, Azərbaycan Basketbol Liqasını ilk dördlükdə başa vurmaq istəyirik. Hətta bunu bacarsaq, ilk üçlükdə yer almağı hədəfləyirik. Çünki bu, pley-off mərhələsinin yarımfinalında meydan üstünlüyü qazanmaq baxımından vacibdir. Bunun üçün məşqləri daha da yaxşılaşdırmalı, bəlkə də heyətə bir-iki oyunçu cəlb etməliyik. Düşünürəm ki, bu yolla məqsədimizə çata bilərik", - deyə AZƏRTAC-a açıqlamasında Murad Dikmən vurğulayıb.

Türkiyəli baş məşqçisi kluba FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın "Rilski Sportist" komandası ilə keçirilməli olan oyuna görə verilən texniki məğlubiyyətə də toxunub: "Bolqarıstan komandası ilə oyuna görə verilən texniki məğlubiyyətin detalları barədə dəqiq məlumatım yoxdur. Hazırda bunun komandaya ciddi təsir etdiyini düşünmürəm. Çünki biz yeni başlanğıc etdik və ilk görüşümüzdə çox güclü rəqibə qalib gəldik. Cəmi iki gün sonra, lazımi səviyyədə məşq etmək imkanımız olmadan və çoxsaylı zədələrə baxmayaraq, gənc oyunçulardan təşkil olunmuş heyətlə də yaxşı nəticə qazandıq. İndi əsas məqsədimiz komandanı daha güclü oyuna qaytarmaq və mübarizə əzmini artırmaqdır. Nəticələr də bundan sonra gələcək. Heç kimin motivasiyasının aşağı düşdüyünü düşünmürəm. Qarşıda Rumıniyada səfər qarşılaşmamız var və orada yaxşı oynayaraq müsbət nəticə qazanmaq istəyirik".

Türkiyəli çalışdırıcı bildirib ki, mövsümün ortasında komandaya gəlmək məşqçi üçün asan deyil: "Çünki heyəti sən formalaşdırmamısan və oyunçuları öz sisteminə uyğunlaşdırmalısan. Buna baxmayaraq, basketbolçular qısa müddətdə sistemimizə uyğunlaşdılar. Mən də onların oyununu təhlil etdim, hər birinin meydandakı rolunu, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirdim. Mövsümün əvvəlində gəlib heyəti rəhbərliklə birlikdə formalaşdıra bilsəydik, bəlkə də indi tamam başqa şeylərdən danışırdıq. Amma hələ gec deyil. Geniş heyət dəyişikliyi etmək istəmirik. Çünki bu, komandanın kimyasına və oyunçular arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Bir-iki transfer etməyi planlaşdırırıq. Əlimizdə yaxşı oyunçu potensialı var və əsas məqsədimiz onlardan maksimum faydalanmaqdır".

Daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanan M.Dikmen Azərbaycandan ayrıldığı vaxtla müqayisədə basketbolda böyük dəyişikliklər gördüyünü söyləyib: "Əvvəllər ölkəni avrokuboklarda bir komanda təmsil edirdisə, ötən mövsüm bu say üçə yüksəldi. Onlardan biri Çempionlar Liqasında çıxış edən "Sabah" idi. Bu mövsüm isə artıq dörd komandamız Avropada mübarizə aparır. 3x3 basketbolunda qadınlarımız böyük uğurlar qazanmağa başlayıblar, aşağı yaş qrupları üzrə milli komandalar da irəliləyir. Gənc oyunçulara liqada daha çox şans verilir. Yerli basketbolçuların inkişafını, hakimlərin səviyyəsinin yüksəlməsini də görürəm. Son iki ildə Azərbaycan basketbolu daha baxımlı, izlənilməsi və işləməsi maraqlı olan liqaya çevrilib. Bu inkişafda əməyi olan federasiya rəhbərliyinə, məşqçilərə, oyunçulara və media nümayəndələrinə təşəkkür etmək lazımdır. Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Oxşar xəbərlər