top
FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı Idman.biz
Bu gün, 13:10
- ↺ +

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Azərbaycanın "Gəncə" basketbol klubuna FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın "Rilski Sportist" komandası ilə keçirilməli olan oyuna görə texniki məğlubiyyət verilib.

İdman.Biz xəbər verir ki, turnirin rəsmi təqvimində qarşılaşmanın nəticəsi Bolqarıstan təmsilçisinin xeyrinə 20:0 hesabı ilə göstərilib.

C qrupunun üçüncü turuna təsadüf edən görüş oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməli idi. Lakin Azərbaycan komandasının səfəri ilə bağlı yaranan problemlər səbəbindən matç baş tutmayıb.

FIBA hələ oktyabrın 19-da rəsmi açıqlama yayaraq qarşılaşmanın keçirilməyəcəyini və məsələnin FIBA Avropanın vahid hakiminin baxışına göndərildiyini bildirmişdi. Beynəlxalq qurum səfərlə bağlı çətinliklərin konkret səbəbini açıqlamamışdı.

Texniki nəticə qeydə alındıqdan sonra "Gəncə" C qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb. Komandanın hesabında bir qələbə və üç məğlubiyyət var.

Azərbaycan təmsilçisi cari mövsüm turnirdə yeganə qələbəsini oktyabrın 28-də qazanıb. Həmin gün "Gəncə" Portuqaliyanın "Sportinq" klubunu sensasiyalı şəkildə 69:67 hesabı ilə məğlub edib.

Komanda növbəti oyununu noyabrın 4-də Rumıniyada "Universitatya Krayova"ya qarşı keçirəcək.

Qeyd edək ki, FIBA Avropa Kubokunda hər qrupun ilk iki pilləsini tutan komandalar ikinci mərhələyə yüksəlirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Oxşar xəbərlər