top
Erika Karter: Çempionlar Kubokunda bizi intensiv oyunlar gözləyir Idman.biz
20 fevral 2026, 10:44
- ↺ +

Erika Karter: Çempionlar Kubokunda bizi intensiv oyunlar gözləyir

Azərbaycanın basketbol üzrə 3x3 qadın millisi mövsümə ilk dəfə qatılacağı Beynəlxalq Basketbol Federasiyasının(FIBA) Çempionlar Kuboku ilə start verəcək. Martın 13-15-də turnirə ev sahibliyi edəcək Banqkokda komandamız qrup mərhələsində İspaniya, Kanada və Tailandla qarşılaşacaq.

İdman.Biz-ə müsahibəsində millinin basketbolçusu Erika Karter ən güclüləri bir araya gətirəcək start ərəfəsində böyük ruh yüksəkliyi hiss etdiyini bildirib.

FIBA Çempionlar Kuboku cəmi ikinci dəfə keçirilir və Azərbaycan millisi tezliklə burada debüt edəcək. Bu baxımdan həyəcan varmı?

-Əlbəttə, müəyyən həyəcan var, amma bu, normaldır. Komandamız üçün tarixi bir anın astanasında olduğumuzu anlayırıq. Belə səviyyəli turnirdə iştirak işimizin və inkişafımızın tanınması deməkdir. Amma həyəcanla yanaşı, böyük ruh yüksəkliyi də var. Azərbaycanı ən güclülər sırasında layiqincə təmsil etdiyimizi göstərmək istəyirik.

-Komanda ötən ilin turnir qalibi Kanada ilə eyni qrupa düşüb. Həmçinin İspaniya və Tailandla da oynayacaqsınız. Ümumilikdə kvartetdə qüvvələr nisbətini necə qiymətləndirirsiniz?

-Qrup çox rəqabətlidir. Kanada hazırkı çempiondur və bu, hər şeyi deyir. İspaniya ənənəvi olaraq güclüdür və heyət dərinliyi yaxşıdır. Tailand isə çox sürətli və aqressiv oynayan komandadır. 3x3-də heç kimi qiymətləndirməmək olmaz: format qısadır, çox şeyi detallar və konsentrasiya həll edir. Düşünürəm ki, bizi çox intensiv oyunlar gözləyir.

-Minimum yarımfinala yüksəlmək nə dərəcədə realdır?

-Qarşımıza maksimum hədəflər qoyuruq. Yarımfinal real vəzifədir, amma bunun üçün hər oyunda sabit və intizamlı çıxış etmək lazımdır. Oyunun taleyini bir atış və ya bir hücum həll edə bilər. Öz basketbolumuzu oynasaq, müdafiədə aqressiv, hücumda isə inamlı olsaq, bütün şanslarımız var.

-Ötən il hadisələrlə zəngin oldu – Avropa çempionatında və Dünya seriyasının finalında gümüş medal, İslam Həmrəyliyi Oyunlarında qələbə. Bu mövsümdən gözləntilər nələrdir?

-İl həqiqətən də xüsusi idi və yüksək planşet müəyyənləşdirdi. Amma biz keçmişlə yaşamırıq. Hər yarış yeni bir hekayədir. Yeni mövsümdə daha da güclənmək, komanda kimyasını yaxşılaşdırmaq və növbəti addımı atmaq istəyirik. Məqsədimiz iştirak etdiyimiz hər turnirdə qələbə uğrunda mübarizə aparmaqdır.

-Çıxış etdiyiniz "Jirona" İspaniya çempionatına liderlik edir və Avroliqada pley-off mərhələsində oynayır. Klub karyeranızın gedişindən razısınızmı?

-Bəli, razıyam. İspaniyada yüksək səviyyədə oynamaq əla təcrübədir. "Jirona" güclü təşkilatlanmaya və möhtəşəm atmosferə malik ambisiyalı klubdur. Avroliqada hər oyun yeni çağırışdır və bu, mənim oyunçu kimi inkişafıma kömək edir. Hiss edirəm ki, inkişaf edirəm və daha universal basketbolçuya çevrilirəm.

-Ümumilikdə bu il üçün planlarınız nələrdir?

Çalışmağa və inkişaf etməyə davam etmək. Milli komanda və klub – hər iki istiqamət mənim üçün vacibdir. Sağlam olmaq, komandaya fayda vermək və titullar uğrunda mübarizə aparmaq istəyirəm. Qalan hər şey isə intizam və gündəlik əməyin nəticəsində gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Oxşar xəbərlər