top
ABF rəsmisi: İspaniya üzərində qələbə Olimpiadadakı məğlubiyyətin revanşı, Çempionlar Kubokunda gümüş medal isə böyük uğurdur Idman.biz
16 mart 2026, 18:09
- +

ABF rəsmisi: "İspaniya üzərində qələbə Olimpiadadakı məğlubiyyətin revanşı, Çempionlar Kubokunda gümüş medal isə böyük uğurdur"

"İlk dəfə iştirak etdiyimiz turnirdə gümüş medal qazanmaq gözəl nəticədir və bu uğuru yüksək qiymətləndirirəm. Komandamız turnirdə çox yaxşı mübarizə apardı. Qızların göstərdiyi oyun və əzmkarlıqdan razı qaldım. Onlar sonadək döyüşdülər və böyük əzmkarlıq nümayiş etdirdilər".

Bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qadınlardan ibarət 3x3 basketbol millisinin Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Əsas hədəflərinin qrupdan çıxmaq olduğunu xatırladan ABF rəsmisi bildirib ki, yığma ilk oyunda güclü Kanada seçməsinə məğlub olsa da, ruhdan düşməyib:

"İkinci matçda ev sahibi Tailand millisinə qalib gələrək qrupdan çıxmaq şanslarımızı saxladıq. Qrup mərhələsində həlledici oyunumuz əsas rəqiblərimizdən biri sayılan İspaniya millisinə qarşı oldu. "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan rəqib turnirə Olimpidada çıxış etmiş eyni heyətlə qatılmışdı. Komandamız ispanları məğlub etməklə Olimpiadadakı məğlubiyyətin də revanşını aldı və biz qrupdan çıxaraq yarımfinala vəsiqə qazandıq. Qrupda İspaniya yığması, yarımfinalda isə basketbolun yaradıcıları sayılan ABŞ yığmasına qarşı qazandığımız qələbələr bizim üçün çox önəmli və dəyərli nəticələrdir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

F.Mahmudov final görüşündə rəqibin daha dəqiq oynadığını söyləyib:

"Həlledici mərhələdə isə turnirin favoritlərindən hesab olunan Niderland millisi ilə üz-üzə gəldik. Rəqib komandanın uzaq məsafədən atışlarda daha dəqiq oynaması görüşün taleyini həll etdi. Nəticədə qələbə qazanan tərəf Niderland oldu. Məncə, oyunun taleyini müəyyən edən əsas məqam da məhz bu amil idi".

Qeyd edək ki, üç gün davam edən turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər