top
ABF rəsmisi: Banqkokdakı qələbələr və Paris-2024 revanşı Idman.biz
16 mart 2026, 18:00
- ↺ +

ABF rəsmisi: Banqkokdakı qələbələr və "Paris-2024" revanşı

"İlk dəfə iştirak etdiyimiz turnirdə gümüş medal qazanmaq gözəl nəticədir və bu uğuru yüksək qiymətləndirirəm. Komandamız turnirdə çox yaxşı mübarizə apardı. Qızların göstərdiyi oyun və əzmkarlıqdan razı qaldım. Onlar sonadək döyüşdülər və böyük əzmkarlıq nümayiş etdirdilər".

Bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qadınlardan ibarət 3x3 basketbol millisinin Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Əsas hədəflərinin qrupdan çıxmaq olduğunu xatırladan ABF rəsmisi bildirib ki, yığma ilk oyunda güclü Kanada seçməsinə məğlub olsa da, ruhdan düşməyib:

"İkinci matçda ev sahibi Tailand millisinə qalib gələrək qrupdan çıxmaq şanslarımızı saxladıq. Qrup mərhələsində həlledici oyunumuz əsas rəqiblərimizdən biri sayılan İspaniya millisinə qarşı oldu. "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan rəqib turnirə Olimpidada çıxış etmiş eyni heyətlə qatılmışdı. Komandamız ispanları məğlub etməklə Olimpiadadakı məğlubiyyətin də revanşını aldı və biz qrupdan çıxaraq yarımfinala vəsiqə qazandıq. Qrupda İspaniya yığması, yarımfinalda isə basketbolun yaradıcıları sayılan ABŞ yığmasına qarşı qazandığımız qələbələr bizim üçün çox önəmli və dəyərli nəticələrdir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

F.Mahmudov final görüşündə rəqibin daha dəqiq oynadığını söyləyib:

"Həlledici mərhələdə isə turnirin favoritlərindən hesab olunan Niderland millisi ilə üz-üzə gəldik. Rəqib komandanın uzaq məsafədən atışlarda daha dəqiq oynaması görüşün taleyini həll etdi. Nəticədə qələbə qazanan tərəf Niderland oldu. Məncə, oyunun taleyini müəyyən edən əsas məqam da məhz bu amil idi".

Qeyd edək ki, üç gün davam edən turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Oxşar xəbərlər