top
Sabah klubunda daxili gərginlik: Dambrauskas narazılıqları aradan qaldırmalı Sportinfo.az
Bu gün, 22:20
- ↺ +

Sabah klubunda daxili gərginlik: Dambrauskas narazılıqları aradan qaldırmalı

Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Sabah" evdə "Barselona"nı qəbul etdi. Qarşılaşma zamanı diqqətimi çəkən iki məqam oldu.

İlk olaraq start heyətinə nəzər salaq. Komandanın əsas hücum silahı sayılan Mikelsin deyil, Xəyal Əliyevin ilk dəqiqələrdən meydanda olması diqqət çəkdi. Təbii ki, bu, bizim üçün xoş mənzərədir. Azərbaycanlı, özü də gənc futbolçunun belə bir rəqiblə qarşılaşmada start heyətində yer alması təqdirəlayiqdir.

Amma Mikelsin mövqeyindən yanaşsaq, düşündürücü qərardır. Axı Mikels "Sabah"ın bu yerlərə gəlməsində mühüm rol oynayıb. Təsnifat mərhələsində vacib qollar vurub, hücum xəttinin əsas liderinə çevrilib. Təbii ki, onun üçün də "Barselona" kimi rəqiblə oyuna start heyətində çıxmaq xüsusi əhəmiyyət daşıyardı. Ən azı belə bir fürsətdə dünya futbolunun ulduzları ilə meydana çıxmaq, onlarla bir-bir əl sıxmaq, həmin anları yaşamaq istəyərdi. Karyerasının son illərini yaşayan futbolçu üçün bəlkə də bir daha belə imkan ələ düşməyəcək.

Lakin Valdas Dambrauskasın qərarı ilə Mikels bu fürsətdən məhrum oldu. Təbii ki, bu, futbolçuda müəyyən narazılıq yarada, baş məşqçiyə qarşı inciklik formalaşdıra bilər.

Diqqətimi çəkən ikinci məqam isə Stas Pokatilovla bağlı idi. Qapıçının oyun ərzindəki səhvləri, xüsusilə zərbələri dəf edərkən onu rəqib futbolçuların önünə göndərməsi birmənalı qarşılanmadı. Qarşılaşmanın gedişində Dambrauskasın da bundan narazı olduğu hiss edilirdi. Xüsusilə ilk qoldan sonra baş məşqçinin sərt reaksiyası diqqətdən yayınmadı. Kənardan belə görünürdü ki, litvalı mütəxəssis qapıçının topu reaksiyasında ciddi narazıdır.

Görünür, əsəbi soyumayan Dambrauskas final fitindən sonra meydandaca Pokatilova etirazını bildirdi. Həmin kadrlarda qapıçının da baş məşqçinin iradlarına sakit reaksiya vermədiyi, emosional şəkildə cavab verdiyi görünürdü.

Pokatilovun da azarkeşlərin gözü qarşısında, tribunaların önündə baş məşqçidən belə iradlar eşitməsi xoşuna gəlməmişdi.

Nəzərə alaq ki, oyunu izləmək üçün onun vətəni Qazaxıstandan Bakıya gələn azarkeşlər, dostları, ailə üzvləri var idi. Onların gözü önündə bu halın yaşanması arzuolunan deyildi.

Bütün bunlar gələcəklə bağlı müəyyən narahatlıq yaradır. Mikelsin və Pokatilovun yaşadığı narazılıq klub daxilindəki ab-havaya, futbolçuların baş məşqçi ilə münasibətlərinə mənfi təsir göstərə bilər.

İndi Dambrauskasın üzərinə mühüm vəzifə düşür: hər iki futbolçunun könlünü almaq, yaranmış gərginliyi aradan qaldırmaq və onları qarşıdakı oyunlara kökləmək. Çünki mövsümün bu mərhələsində "Sabah"a daxili narazılıqlar yox, vahid komanda ruhu lazımdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:19

“Beşiktaş” oyununda kütləvi dava – oyun dayandırıldı

Futbol
Bu gün, 22:17

Cud Bellinqem Vinisiusu müdafiə etdi: "Hamı onu tənqid etmək üçün bəhanə axtarır"

Futbol
Bu gün, 22:07

"Vasko da Qama"nın hücumçusu David Korrea məşq bazasında həbs olunub

Voleybol
Bu gün, 22:00

Turan"ın voleybolçusu Keniya Karkases: İtaliyada altı il keçirmişəm və bu ölkə mənim üçün ev kimidir

Futbol
Bu gün, 22:00

Kapellonun Martinesin kapüşonlu gödəkçəsinə etirazı: 'Kapitan belə geyinə bilməz'

Futbol
Bu gün, 21:56

I Liqanın 9-cu turunda ilk oyunlar başlandı

Futbol
Bu gün, 21:50

Vasko da Gama klubunun hücumçusu David Korrea məşq zamanı həbs edildi

Digər
Bu gün, 21:48

Masallı 2028-ci il üçün Azərbaycanın "İdman Paytaxtı", Tərtər isə "Gənclər Paytaxtı" seçilib

Futbol
Bu gün, 21:44

«Liverpul» Vircil van Deyklə müqavilənin müddətini uzatmağa hazırdır

Futbol
Bu gün, 21:40

Tottenhamdə böyük itki: Savinyo zədələdi

Digər
Bu gün, 21:40

Azərbaycanın taekwondoçusu Qazaxıstanın paytaxtında Grand Prixda yarışacaq

Futbol
Bu gün, 21:40

Bornmut hücumçusu Eli Junior Krupinin PSJ-yə keçmə niyəti

Futbol
Bu gün, 21:30

Balde 'Sabah'la oynadığı matçda zədələndi

Futbol
Bu gün, 21:20

Azərbaycan 1-ci Liqasının 9-cu turunda "Şahdağ Qusar" və "Karvan-Yevlax" qələbə qazandı

Qarabağ FK
Bu gün, 21:20

13-cü turda cəzalanan iki məşqçi və iki futbolçunun cəzaları

Digər
Bu gün, 21:02

WADA yeni qərargahını müəyyənləşdirmək üçün şəhər seçimini müsabiqə yolu ilə elan edir

Futbol
Bu gün, 21:00

Sumqayıtın forvardı Jeam Oliveyra Braziliyada müalicə üçün yola saldı

Futbol
Bu gün, 20:40

Çempionlar Liqası 5-ci turunda rəmzi komanda kimlərdən ibarətdir?

Futbol
Bu gün, 20:40

Rafinya formasını Bakıda "Sabah"ın braziliyalı yarımmüdafiəçisi Du Keyruşa hədiyyə etdi

Futbol
Bu gün, 20:39

İnter-in qapıçısı Xosep Martines ölümlə nəticələnən qəza üzrə şərti cəza təklifinə prokurorluq razılıq verib

Futbol
Bu gün, 20:35

Roy Kin Bruno Fernandeşin "Mançester Yunayted"ə olan sədaqətini şübhə altına alıb

Futbol
Bu gün, 20:24

Şevalye Parisdəki qapıçı mövqeyini tərk etməyi planlaşdırır

Futbol
Bu gün, 20:12

PSJ-nin qapıçısı Luka Şevalye çıxış edə bilməməkdən dolayı qış transfer pəncərəsində klubdan ayrılmaq istəyir

Oxşar xəbərlər