Azərbaycanın beynəlxalq səviyyəli hakimiy Kəmalə Əsgərova, kişi voleybolçular arasında keçirilən CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.
Bu barədə "Report" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
O, Xorvatiyanın "Ribola Kastela" və Avstriyanın "UVC Holding Qrats" komandaları arasında bu gün Xorvatiyada keçiriləcək qarşılaşmada birinci hakim olacaq.
Ədalət təmsilçisinə bolqarıstanlı Boyan Zhelev kömək edəcək.