top
Sea Breeze Cup çimərlik voleybolu turnirinin qalibləri müəyyən edildi - FOTO Idman.biz
02 sentyabr 2025, 22:52
- ↺ +

"Sea Breeze Cup" çimərlik voleybolu turnirinin qalibləri müəyyən edildi - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) və "Sea Breeze Resort"un birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə "Sea Breeze Cup" turnirinin qalibləri bəlli olub.

Bu gün "Sea Breeze Sport Beach Club"da çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında "Sea Breeze Cup" turniri keçirilib. Yarışda 6 kişi və 6 qadın komandası mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən turnirdə günün birinci yarısında ilkin mərhələ oyunları, ikinci yarısında isə mükafatlar uğrunda oyunlar baş tutub.

Qadınların yarışında bürünc medal uğrunda "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və "AZERRAIL"(Nərmin Səmədzadə/ Feyza Bolat), finalda isə "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) və Larisa Smeltsova/Lizi Latsabitze cütü üz-üzə gəliblər.

Kişilərin yarışında isə bürünc medal uğrunda "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev) və "Alışar" (Məhəmməd Qurbanov/ Samir İbrahimov) komandaları, qızıl medal uğrunda isə "AZERRAIL" (Tural Əsgərov/Nəriman Bayramlı) və "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandaları qarşılaşıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) komandası bürünc, Larisa Smeltsova/Lizi Latsabitze cütü gümüş, "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) komandası isə qızıl medalların sahibi olub. Kişilərin yarışında isə bürünc medalı "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev), gümüş medalı "AZERRAIL" (Tural Əsgərov/Nəriman Bayramlı), qızıl medalı isə "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandası qazanıb.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara kuboklar, medallar təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.

Qeyd edək ki, turnir müddətində azarkeşlər arasında viktorinalar keçirilib, qaliblərə müxtəlif hədiyyələr verilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:31

Arsen Venger Bakıdakı dünya çempionatından danışdı: “Hər şey mükəmməl işləyir”

Digər
Bu gün, 18:25

Kriştianu Ronaldu tarixi səsvermədəki qələbəsinə reaksiya verdi

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Oxşar xəbərlər