Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib. Sport24.az xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan UNEC kollektivi 3:1 hesablı qələbə qazanıb.
Görüş UNEC-in idman zalında baş tutub.
Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.