Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb. Sport24.az AVF-yə istinadən xəbər verir ki, Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 16-da İsveçrədə keçiriləcək.