top
Dmitri Baranov Cənubi Amerika Kuboku və gələcək planları barədə danışdı Idman.biz
10 mart 2026, 11:20
- +

Dmitri Baranov Cənubi Amerika Kuboku və gələcək planları barədə danışdı

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranovun Latın Amerikası macərası davam edir. O, "Deportivo Murano" ilə Çili çempionatının gümüş medalını qazandıqdan sonra Braziliyanın Kampinas şəhərində keçirilən Cənubi Amerika Kubokunda çıxış edib. Mövsüm başa çatsa da, mərkəz blokçu yenidən Santyaqoya qayıdaraq klubun heyətində məşqlərini davam etdirir. D.Baranov Cənubi Amerikada keçirdiyi son günlərlə bağlı təəssüratlarını İdman.Biz ilə bölüşüb.

- Çempionlar Liqasının analoqu sayılan Cənubi Amerika Kuboku sizdə hansı təəssüratları yaratdı?

- Turnirdən aldığım təəssüratları sözlə ifadə etmək çətindir. Artıq ilk oyunda zal tam dolu idi, çünki biz meydan sahibləri olan "Voley Renata"ya qarşı oynayırdıq. Bu komandanın heyətində dünya səviyyəli voleybolçular, o cümlədən Olimpiya çempionları çıxış edir. Atmosfer baxımından bu mənə millidə ilk oyunu xatırlatdı – azarkeşlərin böyük marağı və yüksək gərginlik. Amma 31 yaşımda özümü daha inamlı və təcrübəli hiss edirəm. Gənclərdə olan o həyəcan artıq yoxdur. Oyunun daha yaxşı anlaşılması və öz gücünə inam yaranır. Ümumilikdə komanda səkkizinci yeri tutaraq layiqli çıxış etdi. Əlbəttə, biz daha yüksək nəticə üçün gəlmişdik, amma buna baxmayaraq yaxşı voleybol nümayiş etdirdik. Məsələn, "Voley Renata" ilə bərabər səviyyədə oynadıq və ilk setdə yeddi xallıq üstünlüklə irəlidə idik.

Amma belə qarşılaşmalarda çox vaxt təcrübə həlledici olur və rəqib oyunun gedişini dəyişə bildi. Bizim gənc və perspektivli komandamız var. Bu həm oyunçulara, həm də məşqçilər heyətinə aiddir. Eyni zamanda məşqçilər müasir voleybolun həm fiziki, həm də texniki tələblərini çox yaxşı anlayırlar. Düşünürəm ki, "Deportivo Murano"nun yaxşı gələcəyi var. Ümumilikdə bu turnirdə qazandığımız təcrübədən razıyam.

- Çili çempionatında keçirdiyiniz mövsüm sizə ümumilikdə nə verdi?

- Çox şey verdi. İlk növbədə özümə inam və fiziki hazırlıqda ciddi irəliləyiş qazandım. Bu prosesdə fiziki hazırlıq üzrə məşqçi ilə işləmək böyük rol oynadı. O, məşq prosesinə daim nəzarət edir və yüklənməni tədricən artırırdı. Başlanğıcda mənim üçün çətin idi, çünki işləməli olduğum bəzi çəkiləri əvvəllər heç vaxt qaldırmamışdım. Lakin zaman keçdikcə orqanizm uyğunlaşdı və gücümün ciddi şəkildə artdığını hiss etdim. Texniki baxımdan da məşqçilər heyətinin işi çox vacib idi. Hər oyundan əvvəl onlar rəqibi ətraflı təhlil edirdilər: hər bir oyunçu üzrə statistik məlumatlar göstərilir, onun güclü tərəfləri izah olunur və ona qarşı necə oynamaq lazım olduğu barədə konkret tapşırıqlar verilirdi. Biz hər oyuna rəqibə uyğun fərdi şəkildə hazırlaşırdıq – onun güclü tərəflərini təhlil edir və taktikanı elə qururduq ki, bunları maksimum dərəcədə neytrallaşdıraq və rəqibin öz oyununu diktə etməsinə imkan verməyək. Bu mövsümün daha bir vacib dərsi isə ondan ibarət oldu ki, heç bir oyunda arxayınlaşmaq olmaz. Çempionat ərzində biz liderlər sırasında idik və demək olar ki, uduzmurduq. Lakin finalda bir neçə səhvə yol verdik və rəqib bundan istifadə etdi. Nəticədə onlar həm matçı, həm də "qızıl set"i qazandılar, biz isə ikinci yeri tutduq. Klub daxilində iş sistemini də çox bəyəndim. Komandada oyunçuların bərpasına böyük diqqət yetirilir. Futbolçu zədə alarsa, tam sağalmadan və tibbi heyətin icazəsi olmadan meydançaya qayıtmır. Bu, çox peşəkar yanaşmadır. Ümumilikdə "Deportivo Murano"nun məşqçiləri öz işinə həqiqətən böyük həvəslə yanaşan insanlardır. Onlar voleybolçuların inkişaf etməsi, komandanın irəliləməsi və nəticə qazanması üçün mümkün olan hər şeyi edirlər.

- Gələcək planlarınız nədən ibarətdir?

- Mövsüm başa çatdıqdan sonra qısa fasiləmiz oldu. Bu həftəni Braziliyada – Rio-de-Janeyroda keçirdim. Martın 10-dan komanda yenidən hazırlığa başlayır. Legionerlər üçün bu mərhələ məcburi deyil, amma mən yenə də məşqləri davam etdirməyi planlaşdırıram. Çünki formamı qorumaq və Azərbaycan millisində çıxışlara hazır olmaq istəyirəm. Gələcək klubumla bağlı isə hazırda müxtəlif variantları nəzərdən keçirirəm. Braziliya çempionatında özümü sınamaq mənim üçün çox maraqlı olardı. Mən "Voley Renata" ilə "Sada Kruzeiro" arasında keçirilən Cənubi Amerika çempionatının finalına baxdım və açığı, uzun müddətdir belə yüksək səviyyəli voleybol görməmişdim. Bu, çox güclü çempionatdır və burada həm çox şey öyrənmək, həm də oyunçu kimi inkişaf etmək mümkündür. Eyni zamanda Azərbaycan çempionatına da böyük hörmətlə yanaşıram və bir gün yenidən qayıdaraq komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına və avrokuboklarda çıxış etməsinə kömək etməkdən məmnun olardım.

- İdmandan kənar Cənubi Amerika sizə necə təsir bağışladı?

- Bu, mənim Cənubi Amerikada yaşamaqla bağlı ilk təcrübəmdir və çox maraqlı oldu. Bu müddətdə Çilidə yaşadım, bir neçə gün Argentinaya – Mendosa şəhərinə getdim, həmçinin Braziliyada - Rio-de-Janeyroda, Kampinasda və San-Pauluda oldum. Hər yer özünəməxsus şəkildə unikaldır. Yəqin ki, ən güclü təəssüratlardan biri Çilidən Argentinaya And dağları vasitəsilə gedən yol oldu. Orada inanılmaz dağ mənzərələri açılır. Çilidə isə Santyaqonun mərkəzindəki memarlıq yadımda qaldı – qədim binalar müasir tikililərlə çox ahəngdar şəkildə birləşir. Yerli mətbəxi də bəyəndim, məsələn, ənənəvi Çili yeməyi Pastel de Choclo. Vinya-del-Mar şəhərində okean da yadda qaldı. Mən suyun isti olacağını düşünürdüm, amma kifayət qədər soyuq idi. Bununla belə, təbiət çox gözəldir - müxtəlif quşlar var və hətta qayaların üzərində dincələn dəniz şirləri də görmək mümkündür. Braziliyada isə məni xüsusilə Rio-de-Janeyro heyran etdi. Bu, çox parlaq və gözəl şəhərdir, inanılmaz atmosferi var. İsti okean, ekzotik meyvələr, maraqlı ekskursiyalar və ümumilikdə şəhərin çox canlı ritmi. Cənubi Amerika məndə çox güclü və xoş təəssüratlar buraxdı. Gələcəkdə yenidən buraya gəlmək imkanı olsa, daha bir neçə ölkəni – Peru və ya Venesuelanı ziyarət etmək istərdim. Burada tanış olduğum insanlar həmin ölkələr haqqında çox yaxşı danışırdılar.

- Hazırda nə ilə məşğulsunuz və qarşıdakı hədəfləriniz nələrdir?

- Hazırda əsas məqsədim məşqləri davam etdirmək, yaxşı fiziki formamı qorumaq və Azərbaycan millisində çıxışlara hazırlaşmaqdır. Mənim üçün oyunçu kimi inkişaf etməyə davam etmək, komandama nəticə qazanmağa kömək etmək və klubumu, eləcə də millimi beynəlxalq səviyyədə layiqincə təmsil etmək hər zaman vacibdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər