top
Xaqan Əhməd: Hikaru Nakamura üzərində qələbə karyeramda ilk belə uğur oldu Report.az
16 iyun 2025, 12:15
- +

Xaqan Əhməd: Hikaru Nakamura üzərində qələbə karyeramda ilk belə uğur oldu

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (rapid reytinqi - 2290) Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib.

"Report" Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, şahmatçı dünya çempionatının onun üçün unudulmaz anlarla yadda qaldığını söyləyib.

O, H.Nakamura ilə oyuna həyəcanlı start verdiyini bildirib:

"Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamurayla mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim "Türk Hava Yolları" komandası 1/8 finala vəsiqə qazana bilmədi".

Xaqan Əhməd Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib:

"Kapitan Özgür bəyə və birgə çıxış etdiyim şahmatçılara təşəkkür etmək istəyirəm. Gənc şahmatçılardan formalaşan komandamızın nəticəsini yaxşı qiymətləndirirəm. Dünya çempionatında qazandığımız nəticələrlə yaxşı mənada səs saldıq. Nakamurayla oyundan sonra məni təbrik edən hər kəsə çox sağ ol demək istərdim. Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim".

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:02

Ermənistan cüdoçuları Bakı çempionatında iştirak edəcəklərmi?

Futbol
Bu gün, 13:00

Tomas Tuxell İngiltərə millisində işinə davam edəcək

Güləş
Bu gün, 12:49

Cüdo üzrə dünya čempionatına hazırlıq prosesi

Futbol
Bu gün, 12:33

Obameyanq La Liqaya qayıdacaq

Futbol
Bu gün, 12:20

Arsenal Antonio Nusaya 40 milyon avro təklif edib

Cüdo
Bu gün, 12:13

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu və tanıtım çarxı nümayiş etdirilib

Güləş
Bu gün, 12:13

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının loqosu və tanıtım çarxı

Futbol
Bu gün, 11:30

AFFA rəsmisi UEFA-nın mentorluq proqramına seçilib

Digər
Bu gün, 11:30

"İmişli"nin yeni loqosu təqdim olundu

Futbol
Bu gün, 11:03

İmişli FK yeni mövsüm üçün loqosunu təqdim edib

Futbol
Bu gün, 11:00

Freddi Varqas “Neftçi”də qalmaq niyyətindədir

Futbol
Bu gün, 10:37

İmişli FK Ezekiel Morqanı heyətindən ayırıb

Futbol
Bu gün, 10:23

Tomas Tuxel İngiltərə ilə bağlı qərarını açıqlayıb

Futbol
Bu gün, 10:20

Fransa millisinin müdafiəçisi Vilyam Saliba 2027-ci ilə qədər oynaya bilməyəcək

Digər
Bu gün, 10:08

Bakı şəhərində avarçəkmə və kanoe üzrə açıq çempionat keçiriləcək

Futbol
Bu gün, 09:53

Cud Bellinqem Argentinalı futbolçuya arxadan zərbə vurub

Futbol
Bu gün, 09:44

Maykl Ouen İngiltərənin Argentina millisinə məğlub olmasını şərh edib

Futbol
Bu gün, 09:40

Sebastyan Minye Qabon millisinin baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 09:22

Argentina İngiltərə üzərində qələbədən sonra Malvin adaları mesajı göstərib

Qarabağ FK
Bu gün, 09:20

Qarabağ Avropa Liqasında Vestri ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:08

Mourinyo Qonsalo Qarsianın “Real”dan ayrılmasına imkan verməyib

Minifutbol
Bu gün, 09:00

"Zirə" "Torpedo" ilə qarşılaşır

Futbol
Bu gün, 08:40

FIFA Argentina millisini cəzalandıra bilər

Futbol
Bu gün, 08:20

Yuventus gənc hücumçu transfer edib

Oxşar xəbərlər