Azərbaycan şahmatçısı Eltac Səfərli 26-cı Açıq Bavariya Çempionatında çıxışını davam etdirir.
İdman.biz xəbər verir ki, qrossmeysterimiz V turda Titas Stremanoviçusla (Litva) heç-heçə edib.
O, 4,5 xal toplayaraq qrup liderliyini qoruyub.
Qeyd edək ki, Almaniyada təşkil edilmiş yarışda ümumilikdə 30 ölkədən 150 şahmatçı iştirak edir.
İdman.biz