Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.
"Report" xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.
Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanova uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.
Qeyd edək ki, cavab görüşləri sabah baş tutacaq.